Buradasınız: Ana səhifə - Dövlət Qulluğuna qəbul

Dövlət Qulluğuna qəbul

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə!

 Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vətəndaşların dövlət qulluğuna qəbulunu həyata keçirtmək məqsədilə il ərzində bir və ya bir neçə dəfə (vakant yerlərin təqdim edilməsindən aslıdır) müsabiqə elan edir. Müxtəlif dövlət orqanları öz vakant yerlərini müsabiqəyə çıxartmaq üçün Komissiyaya təqdim edir. Müsabiqə test və müsahibə mərhələsindən ibarətdir.
Test mərhələsində 100 suala cavab vermək tələb olunur. Test imtahanında mümkün olan baldan inzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə ən azı 75 faizini (yəni 75 bal ), inzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə isə ən azı 70 faizini (yəni 70 bal ) toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir və müsahibə mərhələsinə buraxılır. Müsahibə mərhələsində uğur qazananlar isə müxtəlif dövlət orqanlarında işə təyin olunma imkanı əldə edirlər.

Suallar aşağıdakı istiqamətlər üzrə müəyyən edilir:

Qanunvericilik bölməsi üzrə- 40 sual

Məntiq bölməsi üzrə- 30 sual

İnformatika bölməsi üzrə- 15 sual

Dünyagörüşü (tarix, coğrafiya, azərbaycan dili ) bölməsi üzrə- 15 sual

İmtahanlardan öncə yüksək səviyyədə intensiv olaraq hazırlıq kursu keçmək istəyənlər Hədəf kurslarına  müraciət edə bilərlər.

Hazırlıq fərdi və kollektiv qaydada aparılır. İlk dərslərdə dinləyici qismində iştirak edib, seçim etmək imkanı yaradılır. Təhsil yüksək səviyyəli  mütəxəssislər tərəfindən aparılır. Hazırlıq aşağıdakı proqram əsasında tərtib edilib və testlər imtahan proqramına uyğun olaraq hazırlanıb:

Qanunvericilik; məntiq; informatika; dünyagörüşü ;

Hər ayın sonunda namizədlərin hazırlıq səviyyəsini müəyyən etmək üçün kursumuzda sınaq imtahanları da kecirilir.  

Ətraflı məlumat ve qeydiyyat ücün:

Mobil: 055 263 72 27

Ünvan: Binəqədi rayonu, 8-ci mikrorayon, İ Dadaşov küçəsi, 71 C ( Azadlıq metrosu çıxışı, Bakı Tennis Akademiyasının arxası, 135 nömrəli orta məktəbin yanı ).

Qeydiyyat artıq başlamışdır!  Yerlərimiz  məhduddur! 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx