Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə məktəblilər arasında Olimpiada

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə məktəblilər arasında Olimpiada

fdo-inteq-log inteqlogo

Fənlərin Dostluğu Olimpiadası – 4

  Hədəf Kursları ötən illərdə olduğu kimi bu dəfə də Fənlərin Dostluğu Olimpiadasını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə 4-cü dəfə keçirilir. Layihənin məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

Bir mərhələdə keçirilməsi nəzərdə tutulan olimpiadada Azərbaycanın istənilən bölgəsindən olan şagirdlər öz biliyini sınayacaqdır. İştirakçılar arasından ən yüksək nəticə göstərmiş 100 şagird qiymətləndiriləcəkdir.

Fənlərin Dostluğu Olimpiadası 9 və 10-cu sinif şagirdləri arasında keçirilir. Olimpiada sualları Azərbaycan dilində olacaqdır.

Qeydiyyat 1-20 dekabr tarixlərində (20 gün müddətində) FDO rəsmi internet səhifəsi olan www.inteqrasiya.az saytı vasitəsilə həyata keçirilir.

Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Layihə təşkilatçılar və sponsorların maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.

FDO İmtahan Komissiyasının sədri Müşfiq XAN bildirib ki, ümumilikdə 50 tapşırıqdan ibarət olacaq  olimpiada sualları 2 tipdə olacaqdır. I tip suallarda Azərbaycan dilinin qrammatikası əsasında qurulan 35 test tapşırığı veriləcək ki, onlardan 5 sual riyaziyyat, 5 sual tarix, 5 sual ingilis dili, 5 sual coğrafiya, 5 sual kimya,  5 sual fizika, 5 sual biologiya ilə inteqrasiyada təqdim ediləcək.

Nümunə:

Misallardan birində rəqəmlərin cəmi ilə toplananlardakı incə saitlərin cəmi eynidir.

A) 1,5 + 0,5 =         B) 4+4=            C) 1 + 1=         D) 5+5=              E) 2,5 + 1,5=

İkinci mərhələdə 15  test  tapşırığı veriləcək ki,  onlardan 10 testdə bir sualda 5 fənn, 5 sualda isə məntiqi təfəkkürün inkişafı soruşulacaqdır.

Nümunə:                          

Müxtəlif fənlərə aid verilmiş hansı düzgün fikirdə iştirak bağlayıcısı var?

A) 7,(69)-5,(03)+4,(3) misalının da cavabı səkkizdir.

B) “They” də artikllardan biridir.

C) Həm Qədim misirlilər, həm də mannalılar heroqliflərdən istifadə ediblər.

D) M.Füzuli də divanında heca vəznli şeirdən istifadə etmişdir.

E) Qoşmalar quruluşca sadə və mürəkkəb olur.

Qeyd: İmtahan müddəti 2 saatdır. Qeydiyyat FDO rəsmi internet səhifəsində (www.inteqrasiya.az) dekabr ayının 1-dən 20-nə qədər elektron formada aparılır. Bütün bölgələrdən olan olimpiada iştirakçıları eyni gündə bir imtahan mərkəzində – Azərbaycan Universitetində imtahan verəcəkdir.

Qeyd edək ki layihənin ideya müəllifi və rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, informasiya dəstəyi Publika.az saytı və İSQ jurnalıdır. Baş sponsorlar DNS Computers və Hədəf  Nəşrləri, sponsorlar CBS Polygraphic Production,  Kitabevim.az e-kitab mağazasıdır. Layihənin rəsmi saytı www.inteqrasiya.az

FDO Təşkilat Komitəsinin sədri t.ü.f.d. Elvin Əliyev bildirib ki, olimpiada üçün Respublikamızın ayrı-ayrı bölgələrindən olan şagirdlərin qeydiyyatına dekabr ayının 1-də rəsmi start verilir. Qeydiyyat müddəti 1-20  dekabrdır. Olimpiadanın imtahan günü dekabr 22-ə təyin olunmuşdur. Bundan sonra isə 28 dekabrda Olimpiadanın mükafatlandırma mərasimi keçiriləcəkdir. Mükafatlandırma mərasimində qaliblərə hədiyyələr təqdim olunacaq, ilk 10 yerin sahiblərinə  diplomlar verilcəkdir. Tədbirin bədii hissədində Respublikanın incəsənət xadimlərinin iştirakı nəzərdə tutulur.

Qaliblər üçün nəzərdə tutulmuş mükafatlar

1-ci  yer – 100 azn,  Hədəf kurslarında bir illik 100% güzəştlə təhsil alma imkanı

2-ci yer – 50 azn , Hədəf Kurslarında bir illik 75% güzəştli təhsil alma imkanı

3-cü yer  – 50 azn,  Hədəf Kurslarında bir illik 50%- güzəştli təhsil alma imkanı

4-10-cu yerlər – Hədəf kitab dəsti, Hədəf Kurslarında bir illik  30% güzəştli təhsil alma imkanı

11-100-cü yerlər – Hədəf Kurslarında bir illik  15% güzəştli təhsil alma imkanı

 

 

FDO Təşkilat  Komitəsi / 2013

FDO İmtahan Komissiyası / 2013

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx