Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Olimpiada keçiriləcəkdir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Olimpiada keçiriləcəkdir

2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il VII buraxılışı düzənlənən “Fənlərin Dostluğu Olimpiadası” 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilir. Layihənin  məqsədi  fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

11 dekabr 2016-cı il tarixində baş tutacaq “Fənlərin Dostluğu Olimpiadası”nın builki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərlərində və Respublikamızın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçiriləcəkdir. Bir mərhələdə keçirilməsini nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Olimpiadanın rəsmi elektron ünvanı  www.inteqrasiya.az saytında şagirdlər onlayn qeydiyyatdan keçməklə iştirak edə biləcəklər.

“Fənlərin dostluğu Olimpiadası”nda iştirak edəcək şagirdlər və onların təhsil aldığı məktəblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Olimpiada Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu, Azərbaycan Universiteti və  Hədəf Kurslarının birgə təşkilatçılığı ilə baş tutacaqdır.

Olimpiadanın dəstəkçiləri Modika Hospital, Nizami Kino Mərkəzi, Altun Kitab, Yes Travel, Kitabevim.az kitab mağazaları şəbəkəsidir.

İnformasiya dəstəkçiləri ATV, trend.az, Ustad dərgisi, senet.az portalıdır.

fdo7_poster

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx