Buradasınız: Ana səhifə - FƏALİYYƏT - Məktəbdənkənar dərnəklər

Məktəbdənkənar dərnəklər

1-4, 5-7-c siniflər üçün…

Beş günlük dərs proqramı…

Hədəf Kruslarında fəaliyyət göstərən bu dərnəklər həftəninin beş günü, məktəb dərslərindən öncə və ya sonra keçirilir.

Bu dərnəklərin məqsədi şagirdlərin məktəbdən sonrakı fəaliyyətini səmərəli qurmaq, verilən ev tapşırıqlarını müəllimlərin köməyi ilə həll etmək, dünyagörüşünün inkişafı naminə maraqlı intellektual oyunlar oynamaq, nitq mədəniyyətini, etiket qaydalarını öyrətmək, filmlərin, əsərlərin müzakirəsini keçirməkdir.

Dərnəklər siniflərə görə yox, yaş hədlərinə görə formalaşır: 7-10, 10-14 yaşılı uşaqlar üçün eyni qruplar təşkil edilə bilər.

Dərnəklər dərs şəklində yox, sərbəst bilik mübadiləsi əsasında aparılır. Belə ki, bir otaqda beşinci, altıncı, yeddinci, hətta səkkizinci sinif şagirdləri bir yerdə ola bilər. Bu halda qrup rəhbəri hər şagirdin tələbinə uyğun onlara fərdi yanaşır, məktəbdə verilən dərslərin həll edilməsində onlara kömək edir.

 

RƏQS VƏ GİMNASTİKA DƏRSLƏRİ

Bütün yaş qrupları üçün Rəqs və Gimnastika dərsləri peşəkar müəllimlər tərəfindən keçirilir. Dərslər rus və Azərbaycan dillərində aparılır.

*Gimnastika (müalicəvi gimnastika)

*Azərbaycan milli rəqsləri

*Dünya xalq rəqsləri (rus, gürcü, ispan, qaraçı, flamenko və s.)

*Xarici rəqslər (tango, hind, oriental, amerikan, latın, vals və s.)

*Səhnələşdirilmiş rəqslər

Dərslər fərdi və qrup şəklində keçirilir. Yaş məhdudiyyəti yoxdur.

3-10 yaşlı uşaqlar üçün xüsusi endirim olunur.

RƏSM DƏRSLƏRİ

Həvəskar və professional şəkildə rəsm öyrənmək istəyənlərin nəzərinə!

*Boyakarlıq

*Qrafika

*Teatr dekor

*Heykəltaraşlıq

*Modelyer rəssam

*Universitetlərə və Rəssamlıq akademiyasına hazırlıq

ŞAHMAT DƏRSLƏRİ

Əgər sizin övladınızda diqqətsizlik, qavrama zəifliyi kimi yaddaş problemi varsa və siz buna son qoymaq istəyirsinizsə Hədəf Kurslarının şahmat dərnəyinə müraciət edə bilərsiniz. Sizin övladınız burada psixoloqların da qeyd etdiyi kimi kiçik yaşlarından beyin gimnastikası sayılan şahmatın sirlərini öyrənərək qavrama, yaddaş qabiliyətlərini gücləndirə biləcək, diqqətsizlik probleminə son qoyulacaq.

Dərslərə 5 yaşından uşaqlar qəbul ediliir.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx