ELANLAR
Buradasınız: Ana səhifə - FƏALİYYƏT - SAT

SAT

SAT 1 (Scholastic Aptitude Test) – Sxolastik Qabiliyyətlər Testi  xarici ölkələrə bakalavr pilləsinə qəbul proqramıdır. İl ərzində 7 dəfə keçirilir. Azərbaycanda imtahan mərkəzi Qərb Universitetidir.
İmtahan fasilələrlə birlikdə 4 saat 5 dəqiqədən 5 saata qədər zaman ərzində yekunlaşdırılır və bu müddətdə tələbələrin biliyi 3 istiqamətdə yoxlanılır:
critical reading, math və writing skills. İmtahanda ümumi bal 2400 olmaq şərtilə hər istiqamət üzrə minimum keçid balı 200, maksimum keçid balı isə 800 baldır. Türkiyə digər ölkələrdən fərqli olaraq Writing skills bölməsini tələb etmir və buna görə də maksimum bal 2400 deyil, 1600 balla qiymətləndirilir. Suallar imtahanda tələbələrə 10 section (bölmə) şəklində təqdim olunur.
Section 1: Essay (25 dəqiqə)
Section 2: Critical reading – 24 sual (25 dəqiqə)
Section 3: Math – 20 sual (25 dəq.) 10 dəqiqə fasilə
Section 4: Writing skills – 35 sual (25 dəq.)
Section 5: Experimental. Bu bölmədə suallar ya Critical reading, ya Mathematics, ya da Writing skills olacaq. (25 dəq.)
Section 6: Critical reading – 24 sual (25 dəq.)
10 dəqiqə fasilə
Section 7: Math – 18 sual (25 dəq.)
Section 8: Critical reading – 19 sual (20 dəq.)
Section 9: Math – 16 sual (20 dəq.)
Section 10: Writing skills – 14 sual (10 dəq.)
Bütün imtahanlarda Section 1 həmişə Essay olur. Section 2 – 7 – nin hər birinin müddəti eyni, 25 dəqiqə olduğu üçün hər imtahanda öz aralarında ixtiyari şəkildə sıralanırlar. Section 8 – 9 da öz arasında növbələşir. Section 10 isə hər zaman sonda gəlir.
Riyaziyyat istiqaməti üzrə mövzular demək olar ki, Azərbaycan ümumtəhsil məktəblərində tədris olunan proqramdakı bütün mövzularla eynidir. Bu istiqamətdə tələbələr cəbr, həndəsə və məntiqi təfəkkürü yoxlayan testləri cavablandırmış olurlar. İngilis dilindən bölmələrdən olan The Critical Reading Sections – da suallar 2 formada olur: cümlə tamamlama (sentence completion) və oxu (reading comprehension) şəklində. Sentence completions tipli suallarda boş buraxılmış yerlərə və ya yerə elə müvafiq söz seçilməlidir ki, cümlə mükəmməl formada tamamlansın. Reading comprehensions tipli suallar isə əsasən mətnin əsas ideyası, xüsusi detallar, müəllifin mövzuya münasibəti, müəllifin məntiq və üslubları, müzakirə edilən mövzunun məqsədi və xüsusi sözlərin mənası haqqında olur.
Writing Skills bölməsində suallar 3 tipdə olur: 1) cümlədə yol verilmiş səhvi müəyyən etmək (Identifying Sentence Error), 2) Ən mükəmməl formada işlənmiş cümləni tapmaq və 3) paraqrafı mükəmməlləşdirmək. Üçüncü tip sual tələbəni inşasında, cümlə ardıcıllığında yol verilmiş nizamsızlığı tapmaqdır.
SAT 1 imtahanına girə bilmək üçün tələbələrin ingilis dilindən biliyi orta səviyyədən yuxarı olmalıdır. Bundan əlavə 5000 termin bilməlidirlər.
Türkiyənin METROPOL Şirkətinin rəsmi təmsilçisi olan Hədəf Kurslarında SAT 1 proqramı ilə bağlı hazırlıq kursu keçirilir. Bu proqramla əlaqəli kursumuza müraciət edən tələbələr imtahan edilib bilik səviyyələri müəyyənləşdikdən sonra onlara həftəlik dərs proqramı tərtib olunur. Proqramlar 3, 6, 9 aylıq, 1 illik və 1,5 illik şəklindədir. Buna uyğun olaraq tələbələrin həftəlik dərs proqramı tərtib olunur. Həftəlik dərs proqramındakı saatların miqdarı kurs müddətindən asılı olaraq dəyişir. Qrup şəklində aparılan dərslərdə istifadə olunan əyani vəsaitlər kursumuz tərəfindən pulsuz olaraq təmin edilir. Bununla yanaşı, sınaq imtahanları keçirilir, yarışlar təşkil olunur.

Kursumuzun məzunlarına sənədləşmə prossesində yaxından kömək edirik.

QEYD: SAT 2 proqramında tələbələr tarix, kimya, fizika, biologiya kimi fənlərdən 1 saat ərzində imtahana girməli olacaqlarına görə imtahanın çətinlik dərəcəsini nəzərə alıb tələbələrin bu proqramı seçmələrini məsləhət görmürük.

Sosial şəbəklərdə paylaş!

Şərhlər bağlıdır.

Yuxarıya qalx