Fənlər üzrə elmi-metodiki seminarlar öz işinə başlayır

Seminarların iş planına 2018-ci ildə keçiriləcək buraxılış imtahanlarının, hərbi liseylərə və ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının müzakirəsi və təsdiqi, 2017-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili, qəbul imtahanlarında abituriyentlərin fənlər üzrə cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının izahlı həllinə dair metodiki tövsiyələrin hazırlanması, 2018-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanları üçün yeni modellərin hazırlanması və müzakirəsi, buraxılış və qəbul imtahanlarına hazırlaşanlar üçün vəsaitlərin tərtibi ilə bağlı müzakirələrin keçirilməsi və və.s daxildir.

Təhsil ictimaiyyətinin nümayəndələrini, fənn müəllimlərini, ekspertləri bu seminarlarda iştiraka dəvət edirik. Hər bir seminar iştirakçısı qeyd olunan məsələlər, eləcə də 2019-cu ildə tətbiq olunacaq yeni qəbul modeli və s. haqqında müzakirələrdə iştiak edə və öz təkliflərini verə bilər.

Seminarların iş qrafiki ilə tanış olmaq üçün http://dim.gov.az/news/general/3441/ keçidinə daxil ola bilərsiniz.

Elmi-metodiki seminarların keçirildiyi ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Asiya Universitetinin binası, 4 cü mərtəbə, akt zalı.