FƏNLƏRİN DOSTLUĞU OLİMPİADASI-7 QALİBLƏRİ MÜKAFATLANDIRILDI

Sumqayıt və Biləsuvar şagirdləri rəqib oldu

Dekabr ayının 28-də Bakı şəhəri 6 saylı orta məktəbdə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş Fənlərin Dostluğu Olimpiadasının VII  mükafatlandırma mərasimi keçirildi. Tədbirdə 6 saylı məktəbin direktoru Gülşən Orucova çıxış edərək tədbir üçün ev sahibliyi etməkdən məmnun olduğunu bildirdi. Daha sonra Olimpiadanın ideya müəllifi, Hədəf Kurslarının Baş direktoru,  f.ü.f.d Şəmil Sadiq çıxış etdi və bir neçə sualın izahını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Hədəf Kurslarının şagirdləri tərəfindən “Fənlərin dostluğu” şeiri oxunduqdan sonra mükafatlandırma mərasimi başladı. FDO 7 qaliblərinin mükafatlarını vermək üçün millət vəkili Qənirə Paşayeva, Beynəlxalq Avrasiya Fondunun direktoru Ümid Mirzəyev, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, Hədəf Kurslarının həmtəsisçisi Vüqar Tarquliyev, Yazıçılar İttifaqının katibi  İlqar Fəhmi, Təhsil Nazirliyinin əməkdaşı Namiq Nağıyev və digər qonaqlar səhnəyə dəvət edildilər. Hər il olduğu kimi bu il də FDO-da qalib gələn şagirdin nəinki özü, həmçinin oxuduğu məktəb və həmin məktəbin direktoruna mükafatlar və hədiyyələr verildi. FDO 7-nin bu ilki qalibləri Biləsuvar rayonu Mübariz İbrahimov adına liseyin şagirdi Xəlil Ağayev və Sumqayıt şəhər Texniki və Təbiət elmləri liseyinin şagirdi Hidayət Ələkbərli idi. Tədbirin sonunda qalib şagirdlərin oxuduğu məktəblərin direktorları Olimpiada ilə bağlı öz arzularını və sevinclərini bölüşdülər. Bu il Bakı və Sumqayıt şəhəri ilə birlikdə Şəmkir rayonunda da keçirilən FDO 7 daha çox iştirakçı kontingenti ilə yadda qaldı. FDO 7 Hədəf Nəşrləri, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Universitetinin təşkilatçılığı ilə keçirildi.Olimpiadanın sponsorları  Hədəf Kursları, Medika Hospital, Kitabevim.az mağazalar şəbəkəsi, Altun Kitab Nəşrlər evi, Nizami Kino Mərkəzi, Yes Travel, informasiya dəstəkçiləri isə Atv, Trend.az, Senet.az və Ustad dərgisi idi.

FDO 7 QALİBLƏRİNİN SİYAHISI

 

I Yer –  Hidayət Ələkbərli. Sumqayıt şəhər Texniki Təbiət elmləri liseyi. I Yer – Xəlil Ağayev. Biləsuvar rayonu M.İbrahimov adına Lisey. II Yer – Nail Əliyev. Sumqayıt şəhər İstedad liseyi. III Yer – Leyla İsgəndərova. Sumqayıt şəhər İstedad liseyi. Toğrul Hacızadə. Akademik Zərifə Əliyeva adına lisey. Əliyar Məmmədov. Binəqədi rayon 314 saylı orta məktəb. IV Yer – Şəlalə Əliyeva. Sumqayıt şəhər 25 saylı orta məktəb. Aytac Babayeva. Sumqayıt şəhər İstedad liseyi. Xanım Göyçayeva. Bakı şəhəri Xətai rayonu 24 saylı orta məktəb. Nicat Zəkəriyəzadə. Avropa Azərbaycan məktəbi.

IMG_9164 IMG_9036 IMG_9030 - Copy IMG_8938 IMG_9127

IMG_9200

Teqlər