Fənlərin Dostluğu Olimpiadası – 8 keçiriləcək!

Fənlərin Dostluğu Olimpiadasının yeni buraxılışı təşkil olunacaq!
2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il VIII buraxılışı
planlaşdırılan “Fənlərin Dostluğu Olimpiadası” 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilir. Layihənin məqsədi
fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə
aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.
“Fənlərin dostluğu Olimpiadası”nın builki buraxılışı Bakı, Sumqayıt və
Xırdalan şəhərləri ilə yanaşı Respublikamızın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçiriləcəkdir. Bir mərhələdə keçirilməsini nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Olimpiadanın rəsmi elektron ünvanı www.inteqrasiya.az saytında şagirdlər onlayn qeydiyyatdan keçməklə iştirak edə biləcəklər.
Son qeydiyyat tarixi 15 dekabr olan Fənlərin Dostluğu Olimpiadasının
bu ilki 8-ci buraxılışı 17 dekabr 2017-ci il tarixində təşkil olunacaqdır.

Xatırladaq ki, FDO-nun 2017-ci il buraxılışının əsas təşkilatçıları Azərbaycan
Respublikası Prezidentinin Yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və
Hədəf Kurslarıdır.
Tərəfdaşlar: Medica Hospital, Hədəf Multimedia, Altun Kitab, Azərbaycan
Elm Assosiasiyası, kitabevim.az, HedefGlobal.
İnformasiya dəstəkçiləri: APA TV,www. edumap.az, Ustad, www.senet.az