Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Fənlərin Dostluğu Olimpiadası keçirildi

Fənlərin Dostluğu Olimpiadası keçirildi

Dekabrın 13-də “Hədəf” Nəşrlərinin təsis etdiyi və bu il 6-cı dəfə təşkil olunan Fənlərin Dostluğu Olimpiadası keçirilib. Olimpiadanın təşkilatçıları Təhsil Problemləri İnstitutu, Azərbaycan UniversitetiHədəf Kurslarıdır. Builki Olimpiadanın sponsorları “OYAL”, Medica Hospital, Kitabevim.azİstiqlal Tədris və Yaradıcılıq Mərkəzi; informasiya dəstəkçiləri isə Senet.az, “OTV” və Azpress.az saytlarıdır.

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə keçirilən 6-cı Fənlərin Dostluğu Olimpiadasının əsas məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

Olimpiadanın Təşkilat Komitəsindən verilən məlumata görə ötən bir həftə müddətində 1000-dən artıq şagird Olimpiadada iştirak etmək üçün qeydiyyatdan keçib. Olimpiadaçılar Bakı, SumqayıtXırdalan şəhərlərinin, Abşeron rayon qəsəbələrinin, həmçinin 10-a yaxın digər rayon məktəblərinin 9-10-cu sinif şagirdləridir. Təqribən 200-ə qədər məktəbin iştirak etdiyi Olimpiada bir mərhələdə keçirilib və imtahana qoşulan 815 nəfər  olimpiadaçıya 50 inteqrativ testdən ibarət sual kitabçası təqdim olunub.

Azərbaycanca keçirilən Olimpiada bu il də ödənişsiz olub. Belə ki, hər il olduğu kimi bu il də təşkilatçılar və sponsorların maliyyə dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, nəticələr dekabrın 15-də Olimpiadanın rəsmi saytı olan www.inteqrasiya.az–da açıqlanacaq, həmçinin Olimpiadanın rəsmi facebook səhifəsində yayımlanacaq. Bu il ilk 10-luq mükafatlandırılacaq.

Mükafatlandırma mərasimi dekabrın 26-da musiqili-bədii tədbirdə baş tutacaq.

 

 

Qaliblər üçün mükafatlar:

 

I  yer – Planşet, “OYAL”dan xüsusi hədiyyə paketi, Hədəf kurslarında bir illik 100% güzəştlə təhsil alma imkanı

 

II yer – Planşet, “OYAL”dan xüsusi hədiyyə paketi, Hədəf Kurslarında bir illik 75% güzəştli təhsil alma imkanı

 

III yer – Planşet, “OYAL”dan xüsusi hədiyyə paketi, Hədəf Kurslarında bir illik 50% güzəştli təhsil alma imkanı

 

IV-Xyer –  “OYAL”dan və “Kitabevim.az”dan hədiyyə paketi, Hədəf Kurslarında bir illik  30% güzəştli təhsil alma imkanı əldə edir.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx