Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Fənlərin Dostluğu Olimpiadası üçün qeydiyyat müddəti başa çatdı

Fənlərin Dostluğu Olimpiadası üçün qeydiyyat müddəti başa çatdı

22 noyabrda keçiriləcək Olimpiadaya  1141 şagird qatılacaq

Ötən illərdə olduğu kimi, bu dəfə də Fənlərin Dostluğu Olimpiadasını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə 4-cü dəfə keçiriləcək.

Olimpiadanın Təşkilat Komitəsinin sədri Müşfiq XAN qeyd edib ki, layihənin məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

Builki Olimpiada 22 dekabr saat 10:00-da Azərbaycan Universitetinin əsas binasında və Hədəf Kurslarının Nizami filialında keçiriləcəkdir. Qeyd edək ki, olimpiadada Azərbaycanın istənilən bölgəsindən olan şagirdlər öz biliyini sınayacaqlar. İştirakçılar arasından ən yüksək nəticə göstərmiş 100 şagird qiymətləndiriləcək. Fənlərin Dostluğu Olimpiadası 9 və 10-cu sinif şagirdləri arasında keçirilir. Olimpiada sualları Azərbaycan dilində olacaqdır. Təşkilat Komitəsinin sədrinin verdiyi məlumata görə qeydiyyat  üçün nəzərdə tutulan 20 gün müddətində Respublikanın müxtəlif rayonlarından, o cümlədən, Bakı, Sumqayıt, Abşeron orta ümumtəhsil məktəblərindən olimpiadaya ciddi maraq göstərən şagirdlər olmuş, 1200-ə yaxın 9 və 10-cu sinif şagirdi biliyini sınamaq üçün onlayn qeydiyyatdan keçmişdir.

Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir.

1-ci yerin sahibi  Hədəf Kurslarında ödənişsiz təhsil, 100 AZN Portmanat kartı, “Medika Hospital”da pulsuz müayinə və planşet qazanacaq.

2-ci yerin sahibi– Hədəf Kurslarında 75% güzəştli təhsil, 50 AZN Portmanat kartı, “Medika Hospital”da güzəştli müayinə və planşet; 3-cü yerin sahibi isə Hədəf Kurslarında 50% güzəştli təhsil, 30 AZN Portmanat kartı, “Medika Hospital”da güzəştli müayinə və planşet ilə mükafatlandırılacaq.

4-20-ci yerlər  üçün Hədəf Kurslarında 25% güzəştlə təhsil, 5 AZN Portmanat kartı, Kitabevim.az-dan kitab dəsti;  21-100-cü yerlər üçün isə  Hədəf Kurslarında 15% güzəştlə təhsil nəzərdə tutulub.

Layihənin təsisçisi Hədəf Nəşrləri, təşkilatçılar Hədəf Kursları, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, “Qorqud Ocağı” Təhsil və Mədəniyyət  Mərkəzi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır.

Sponsorlar “Buta Sığorta”, “Hədəf Nəşrləri”, “Medika Hospital”, “CBS Polygraphic Production”, Netmoney.az, Portmanat.az, Kitabevim.az onlayn kitab mağazasıdır.

 

İnformasiya dəstəyi İctimai TV, Kanal-13, Oradio.az, Azpress.az, İSQ jurnalıdır.

Layihənin rəsmi saytında (inteqrasiya.az) FDO barədə ətraflı məlumat almaq olar.

 

İmtahan ünvanları:

Azərbaycan Universiteti əsas bina, General Akim Abbasov prospekti (keçmiş Kiyev prospekti) – Lider TV-nin yanı

Hədəf Kursları Nizami filialı, Nizami m/s-nın yaxınlığı, Zivərbəy Əhmədbəyov küç. 2

 

FDO Təşkilat Komitəsi

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx