Fənlərin Dostluğu Olimpiadası(7 il)

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə

keçirilən “Fənlərin Dostluğu Olimpiadası ”nın

 LAYİHƏSİ

 

Layihənin ideya müəllifiŞəmil Sadiq

Olimpiadanın təsisçisiHədəf  Nəşrləri

Layihənin məqsədi:  Fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

 

Mahiyyəti: Gələcəkdə bütün Respublika məktəblərini və xaricdə yaşayan  azərbaycanlı  gəncləri də öz ətrafı birləşdirməyi hədəf alan  “Fənlərin dostluğu Olimpiadası”nın builki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçiriləcəkdir. Olimpiadaya Respublikamızın digər bölgələrində təhsil alan şagirdlər də qoşulacaqdır. Bir mərhələdə keçirilməsini nəzərdə tutduğumuz Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Olimpiadanın rəsmi elektron ünvanı  www.inteqrasiya.az saytında şagirdlər onlayn qeydiyyatdan keçməklə iştirak edə biləcəklər.

 

Olimpiadada istifadə edilən suallara nümunə olaraq bir neçə sualı təqdim edirik:

Nümunə 1:

Misallardan birində rəqəmlərin cəmi ilə toplananlardakı incə saitlərin cəmi eynidir.

A) 1,5 + 0,5 =         B) 4+4=            C) 1 + 1=         D) 5+5=              E) 2,5 + 1,5=

 

 

 

Nümunə 2:                    

 Müxtəlif fənlərə aid verilmiş hansı düzgün fikirdə iştirak bağlayıcısı var?

A) 7,(69)-5,(03)+4,(3) misalının da cavabı səkkizdir.

B) “They” də artikllardan biridir.

C) Həm Qədim misirlilər, həm də mannalılar heroqliflərdən istifadə ediblər.

D) M.Füzuli də divanında heca vəznli şeirdən istifadə etmişdir.

E) Qoşmalar quruluşca sadə və mürəkkəb olur.

Layihə üçün hazırlanmış kitab :FDO_kitab_chapa geden

 

Layihənin qaydaları haqqında ətraflı məlumat üçün. http://inteqrasiya.az/