Fənlərin Dostluğu Olimpiadasının 10-cu Buraxılışı keçirildi

15 dekabrda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təşkil olunan 10-cu Fənlərin Dostuluğu Olimpiadası keçirilib.

9-10-cu sinif şagirdlərinin iştirak etdiyi imtahanlarda ümumilikdə iki mindən çox şagird iştirak edib.

İdeya müəllifi f.ü.f.d., dos. Şəmil Sadiq olan Fənlərin Dostluğu Olimpiadası dörd mərkəzdə – Sumqayıt, Xırdalan, Qara Qarayev, Bakı Biznes Universitetində baş tutub.

Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandırıblar.

Olimpiadanın təsisçisi Hədəf Nəşrləri, təşkilatçıları isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyası və Hədəf STEM Liseyidir.

Tərəfdaşlar isə Medika Hospital, Hədəf Multimedia, Altun Kitab, Hədəf Kursları MMC, Kitabevim.az, Hedef Global, Oyal, Edu Grata-dır.

Layihənin informasiya dəstəkçiləri “Ustad” dərgisi, www.Senet.az, APA TV və www.Azedu.az portallarıdır.

Fənlərin Dostluğu Olimpiadasının mükafatlandırılma mərhələsi 21 dekabrda keçiriləcək.