Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Fənlərin Dostluğu Olimpiadasının qalibləri mükafatlandırılıb

Fənlərin Dostluğu Olimpiadasının qalibləri mükafatlandırılıb

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə 9 və 10-cu sinif şagirdləri arasında keçirilən IV Fənlərin Dostluğu Olimpiadasında (FDO-4) yüksək nəticə göstərən şagirdlərin mükafatlandırma mərasimi keçirilib. Onlayn formada www.inteqrasiya.az saytında qeydiyyatdan keçən 1141  şagirddən 856 nəfəri olimpiadada iştirak edib.

        Təhsildə yeni məzmun və qiymətləndirmə standartlarında fənlərarası inteqrasiyaya xüsusi diqqət yetirilir. Bunu nəzərə alan HƏDƏF hazırlıq kurslarının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan bu layihə artıq 4- cü ildir ki,  keçirilir.

İdeya müəllifi və təsisçisi  BPKİYİ-nin dosenti, f.ü.f.d Şəmil Sadiq olan layihənin keçirilməsində məqsəd fənlərarası əlaqəni, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək şagirdlərin istedadını müəyyənləşdirməkdir.

Ənənəvi olaraq hər il keçirilən bu olimpiada təhsil ictimaiyyəti və şagirdlərin böyük marağına səbəb olur. Olimpiadada iştirak edən şagird Azərbaycan dili fənni ilə inteqrasiya olunmuş fizika, kimya, riyaziyyat, biologiya və coğrafiya fənlərinə aid suallarla qarşılaşır. Sualları cavablandırmaq üçün isə şagird bir neçə fənni bilməlidir. Layihə inteqrativ qiymətləndirmə yolu ilə şagirdlərin bütün fənlərə marağını  artırmağı nəzərdə tutur.

22 dekabrda  keçirilən  Fənlərin Dostluğu olimpiadasında Azərbaycanın bütün bölgələrindən olan şagirdlər iştirak edib və biliklərini sınağa çəkiblər.

Birinci yeri tutan Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyin şagirdi Günay Zamanovaya Portmanat kartı, “Medika Hospital”da pulsuz müayinə və Buta Sığortadan planşet qazanmaqla yanaşı Hədəf Kurslarında ödənişsiz təhsil ala biləcək.

İkinci yerin sahibi olan İmişli rayonu Xubyarlı kənd tam orta məktəbin şagirdi Ruzigar Şirinov isə Hədəf Kurslarında 75% güzəştli təhsil, Portmanat kartı, “Medika Hospital”da güzəştli müayinə və Buta sığortadan planşet,  Kitabevim.az-dan hədiyyələr təqdim olunub.

Üçüncü yeri tutmuş  Bakı şəhəri Binəqədi rayonu 314 nömrəli tam orta məktəbin şagirdi Lalə Rzayevaya isə Hədəf Kurslarında 50% güzəştli təhsil, Portmanat kartı, “Medika Hospital”da güzəştli müayinə kuponu və Buta sığortadan planşet, Hədəf Kurslarında 50 faizlik güzəştlə təhsil, Kitabevim.az-dan hədiyyələr təqdim olunub.

4-20-ci yerləri tutanlar Hədəf Kurslarında 25% güzəştlə təhsil, Portmanat kartı, Kitabevim.az-dan kitab dəsti; 21-56-cı yerləri qazananlar Hədəf Kurslarında 15% güzəştlə təhsil imkanı, Kitabevim.azdan kitab dəsti əldə ediblər.

 Yüksək nəticə göstərən şagirdləri məktəbləri və müəllimləri də mükafatlandırılıb.Suallar Azərbaycan dili əsasında hazırlandığı üçün, ilk üç yeri tutan şagirdlərin Azərbaycan dili müəllimlərinə planşet məktəblərinə isə qiymətli hədiyyə təqdim edilib.

 Layihənin təşkilatçıları Hədəf Kursları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Həmrəy Gənclərin Maarifləndirilməsinə dəstək ictimai birliyi, Qorqud Ocağı Təhsil və Mədəniyyət Mərkəzi İctimai birliyidir.

 FDO Təşkilat Komitəsi

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx