Buradasınız: Ana səhifə - FƏALİYYƏT - Məktəbəqədər hazırlıq

Məktəbəqədər hazırlıq

mektebeqedervesaitlerimiz

Artıq ölkəmizdə həm dövlət, həm özəl liseylər 1-ci sinfə şagird qəbul edərkən xüsusi imtahanlar keçirirlər. Bunun üçün də kursumuzda Azərbaycan və rus bölmələri üzrə 4-5-6 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq kursu fəaliyyət göstərir.

Bütün valideynlər uşaqlarını məktəbə hazırlamağa çalışırlar və arzu edirlər ki, onların övladları məktəbdə müvəffəqiyyətlə oxusunlar.Biz sizə məşğələlər zamanı uşaqlara hesablama, oxu və yazının öyrədilməsi, çoxlu sayda şeirlərin əzbərlənməsindən əlavə onları inkişaf etdirməyin digər yollarını göstərmək istərdik.Bu zaman onların əldə etdikləri bilik və bacarıqlar,onlara məktəbdə köməklik edəcək və bir çox problemlərin yaranmasının qarşısını alacaq.Burada uşaqların intellektual, psixi hazırlığını təmin etmək məqsədilə:

- Ümumi dünyagörüşünün səviyyəsinin artırılması;

- Nitqin inkişafı;

- Hərflərin və rəqəmlərin öyrədilməsi;

- Diqqətin və yaddaşın formalaşdırılması;

- Müqaisə və analogiyanın məntiqi təfəkkürünün formalaşdırılması;

- Əl matorikasının inkişafının formalaşdırılması;

- Ingilis dili ilə ilkin tanışlıq;

- Ekskursiyaların təşkili;

- Bayram və şənliklərin keçirilməsi;

- Dərs vəsaitlərinin pulsuz təmini.

Dəsləri peşəkar müəllimlər aparırlar. Mütəxəssislər tərəfindən hazırlanmış dərs proqramı həftədə 2 dəfə olmaqla 2 saat keçirilir.Hörmətli valideynlər, uşaqlarınızı bizə etibar edə bilərsiniz!

В виду того, что при принятии детей в частные и государственные школы проводятся специальные экзамены, у нас действуют курсы дошкольной подготовки для детей 5-6 лет.

Нашей целью является развитие у детей интеллектуальной, психической и физической подготовки.

- Обучение письму;

- Формирование внимания и концентрации;

- Формирование логического мышления, сравнения и аналогии;

- Формирование и развитие ручной моторики;

- Начальное обучение английскому языку;

- Организация экскурсий.

Уроки проводятся 2 раза в неделю в течении двух часов со стороны профессиональных преподавателей.

Уроки ведутся со стороны профессиональных учителей.

 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx