Buradasınız: Ana səhifə - FƏALİYYƏT - Məktəbdənkənar dərnəklər

Məktəbdənkənar dərnəklər

1-4, 5-7-c siniflər üçün…

Beş günlük dərs proqramı…

Hədəf Kruslarında fəaliyyət göstərən bu dərnəklər həftəninin beş günü, məktəb dərslərindən öncə və ya sonra keçirilir.

Bu dərnəklərin məqsədi şagirdlərin məktəbdən sonrakı fəaliyyətini səmərəli qurmaq, verilən ev tapşırıqlarını müəllimlərin köməyi ilə həll etmək, dünyagörüşünün inkişafı naminə maraqlı intellektual oyunlar oynamaq, nitq mədəniyyətini, etiket qaydalarını öyrətmək, filmlərin, əsərlərin müzakirəsini keçirməkdir.

Dərnəklər siniflərə görə yox, yaş hədlərinə görə formalaşır: 7-10, 10-14 yaşılı uşaqlar üçün eyni qruplar təşkil edilə bilər.

Dərnəklər dərs şəklində yox, sərbəst bilik mübadiləsi əsasında aparılır. Belə ki, bir otaqda beşinci, altıncı, yeddinci, hətta səkkizinci sinif şagirdləri bir yerdə ola bilər. Bu halda qrup rəhbəri hər şagirdin tələbinə uyğun onlara fərdi yanaşır, məktəbdə verilən dərslərin həll edilməsində onlara kömək edir.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx