Buradasınız: Ana səhifə - FƏALİYYƏT - Texnikum hazırlığı

Texnikum hazırlığı

texnikumvesaithedefnesr

 Qeyd: Bu qruplar əsas təhsil bazası üzrə (9 illik; şəhadətnamə ilə)

 Artıq 4 ildir ki, kursumuzda əsas təhsil bazası üzrə texnikumlara hazırlıq qrupları fəaliyyət göstərir. Qeyd edək Hədəf Kurslarının texnikum istiqaməti üzrə ilk məzunları 2009-cu ildə olmuşdur. Həmin il uğur faizimiz 100% oldu. Növbəti illərdə isə münasib olaraq 2010-cu ildə 93%, 2011-ci ildə 96% olmuşdur.

Bu il də kursumuzun filiallarında texnikumlara hazırlaşanlar üçün qruplar fəaliyyətə başlamışdır. Qeyd edək ki, qeydiyyat avqustun 1-dən başlamışdır və hələ ki, davam edir.

 Texnikum qruplarının dərsləri haqqında

Texnikumlara hazırlıq qruplarının kurs müddəti 10 aydır. Dərslər 8-10 nəfərlik qruplarda aparılır. Həftə ərzində 3 dərs Azərbaycan dili, 3 dərs Azərbaycan tarixi və 3 dərs riyaziyyat tədris olunur. Dərs vəsaitləri və test bankları (Azərbaycan dili, Azərbaycan tarixi və riyaziyyat) kursumuz tərəfindən verilir. Qruplarda hazırlaşan şagirdlərimiz aylıq sınaq imtahanı verirlər. Aylıq sınaq imtahanlarından əlavə həftə sonunda kursdaxili Dərsi Qiymətləndirmə Testləri (DQT) aparılır. Bu qısamüddətli imtahan olub həftə ərzində keçilən mövzuları əhatə edir.

Kursumuzun təcrübəli müəllimləri qəbul imtahanından sonra ixtisas seçimində sizə bilavasitə yardımçı olacaqdır.

 Əziz şagirdlər, siz də tələbə olmaq istəyirsinizsə, tərəddüd etməyin!

Hədəfçilər sırasına qoşulun!

Dərs saatları

Dərslər Həftəlik dərs saatı
 Azərbaycan dili 3 saat
Tarix 3 saat
Riyaziyyat 3 saat
Cəm 9 saat
MQT 12 dəfə

 

 

 

 

 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx