Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Fənlərin Dostluğu Olimpiadası-5

Fənlərin Dostluğu Olimpiadası-5

fdo5

Əziz 9-10-cu sinif şagirdləri!

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə məktəblilər arasında keçirilən Fənlərin Dostluğu Olimpiadasinda iştirak edin və dəyərli hədiyyələr qazanın.

Olimpiadada iştirak ödənişsizdir.

www.inteqrasiya.az saytında qeydiyyatdan keç və Olimpiadada  iştirak etmək hüququ qazan.

Son qeydiyyat tarixi – 12 dekabr

 

Fənlərin  Dostluğu Olimpiadası  14 dekabr 2014-cü il tarixində keçiriləcəkdir. Olimpiadada Azərbaycan bölməsində təhsil alan 9-10-cu sinif şagirdləri iştirak edə bilərlər. Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar. İştirakçılar nümunə suallarla www.inteqrasiya.az saytından tanış ola bilərlər.

Olimpiadanın  məqsədi  Fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

Qaliblər üçün nəzərdə tutulmuş hədiyyələr

I yer – Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində ödənişsiz təhsil, OYAL-dan xüsusi hədiyyə paketi, Solitondan planşet

II yer- Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində 75 % güzəştli təhsil, OYAL-dan xüsusi hədiyyə paketi, Medika Hospitaldan güzəştli müayinə kartı

III yer – Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində 50 % güzəştli təhsil, OYAL-dan xüsusi hədiyyə paketi, Medika Hospitaldan güzəştli müayinə kartı

IV-X yerlər Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində 25 % güzəştli təhsil, OYAL-dan hədiyyə paketi, kitabevim.az-dan hədiyyə kartı

11-100-cü yerlər – Olimpiadanın xüsusi sertifikatı, Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində 15 % güzəştli təhsil

 

Olimpiadanın təsisçisi: Hədəf Nəşrləri

Təşkilatçılar: Hədəf Kursları və İstiqlal Tədris Mərkəzi

Sponsorlar: OYAL, Medika Hospital, Kitabevim.az,  Soliton LTD

İnformasiya dəstəyi: İctimai TV, ORadio,  Kanal13.TV, www.azpress.az, www.atvxeber.az

 Partnyorlarımız: senet.az, Həmrəy GMDİB,  Hədəf Karyera Mərkəzi

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx