Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Fənlərin Dostluğu Olimpiadası – 6

Fənlərin Dostluğu Olimpiadası – 6

Əziz 9-10-cu sinif şagirdləri!

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə məktəblilər arasında keçirilən Fənlərin Dostluğu Olimpiadasında iştirak et və hədiyyələr qazan! Olimpiadada iştirak ödənişsizdir.

www.inteqrasiya.az saytında qeydiyyatdan keç və Olimpiadada  iştirak etmək hüququ qazan.

 

Son qeydiyyat tarixi – 11 dekabr 2015

Fənlərin Dostluğu Olimpiadası 13 dekabr 2015-ci il tarixində keçiriləcəkdir. Olimpiadada 9-10-cu sinif şagirdləri iştirak edə bilərlər. Olimpiada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar. Olimpiada Azərbaycan dilindədir. İştirakçılar nümunə suallarla www.inteqrasiya.az saytından tanış ola bilərlər.

 

İlk 10 yerin üçün hədiyyələrimiz

 

I  yer – “OYAL”dan xüsusi hədiyyə paketi,

Hədəf kurslarında bir illik 100% güzəştlə təhsil alma imkanı

 

II yer – “OYAL”dan xüsusi hədiyyə paketi,

Hədəf Kurslarında bir illik 75% güzəştli təhsil alma imkanı

 

III yer – “OYAL”dan xüsusi hədiyyə paketi,

Hədəf Kurslarında bir illik 50% güzəştli təhsil alma imkanı

 

IV-X yer* –  “OYAL”dan və “Kitabevim.az”dan hədiyyə paketi,

Hədəf Kurslarında bir illik  30% güzəştli təhsil alma imkanı əldə edir.

 

Olimpiadanın təsisçisi: Hədəf Nəşrləri

Təşkilatçılar: Təhsil Problemləri İnstitutu, Azərbaycan Universiteti, Hədəf Kursları

Sponsorlar: “OYAL”, Medika Hospital, Kitabevim.az, İstiqlal Tədris və Yaradıcılıq Mərkəzi

İnformasiya dəstəyi: “OTV”, Senet.az, Azpress.az

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx