Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Fənlərin Dostluğu Olimpiadasının Təşkilat Komitəsinin növbəti iclası keçirildi

Fənlərin Dostluğu Olimpiadasının Təşkilat Komitəsinin növbəti iclası keçirildi


Picture7“Hədəf Kursları”nın baş ofisində Fənlərin Dostluğu Olimpiadasının Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Bu barədə Senet.az-a açıqlamasında komitənin sədri f.ü.f.d., dos Şəmil Sadiq məlumat verib. O, bildirib ki, iclas zamanı Olimpiadanın sualları müzakirə olunub. İşçi qrupun iştirakı ilə suallar hazırlanıb.

Qeyd edək ki, dekabrın 13-ü keçiriləcək Fənlərin Dostluğu Olimpiadasında 9-10-cu sinif şagirdləri iştirak edə bilərlər. Azərbaycanlıların Həmrəylik Günü münasibətilə HƏDƏF Nəşrlərinin təsisçiliyi ilə baş tutacaq olimpiadada iştirak etmək üçün dekabrın 11-nə qədər inteqrasiya.az saytından pulsuz qeydiyyatdan keçmək lazımdır. Azərbaycan dilində keçiriləcək Olimpiadada iştirakçılar 2 saat müddətində 50 sualı cavablandıracaqlar.

Olimpiada Təhsil Problemləri İnstitutu, Azərbaycan Universiteti və “Hədəf Kursları”nın təşkilatçılığı ilə keçiriləcək. Tədbirin sponsorları, “OYAL”, Medika Hospital, Kitabevim.az, İstiqlal Tədris və Yaradıcılıq Mərkəzi, informasiya dəstəkçiləri isə “OTV”, Senet.az, Azpress.az-dır.

 

 

 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx