Hədəf Kurslarının neçə filialı var?

Hədəf Kursları hazırda 9 filialda fəaliyyət göstərir. Nizami, Azadlıq, Xırdalan, Qara Qarayev, Əhmədli, 20 Yanvar, Yasamal, 28 May və Sumqayıt filialı.

Filiallarımızın ünvan və telefonları saytın “Hədəfi tanı-> Filiallar” bölməsində qeyd edilib.

Şagirdlərə dərsliklər pulsuz verilirmi?

Hədəf şagirdləri Hədəf nəşrlərinə aid olan dərslikləri ödənişsiz əldə edir. 10-cu siniflər üçün yalnız kitablar, 11-ci siniflər üçün isə kitablar və test bankları ödənişsizdir.
Filiallarımızın ünvan və telefonları saytın “Hədəfi tanı-> Filiallar” bölməsində qeyd edilib.

Dərslər neçə növbədə keçilir?

Kursda dərslər iki növbədə keçilir. Məzunlar üçün  səhər və günorta növbəsində, 9, 10 və 11-ci siniflər üçün isə orta məktəbdəki dərs cədvəllərinə uyğun olaraq günorta növbəsində dərs təyin olunur. Səhər növbəsində dərslər 9:30-da, günorta növbəsində  isə 15:00-da başlanılır.
Filiallarımızın ünvan və telefonları saytın “Hədəfi tanı-> Filiallar” bölməsində qeyd edilib.

Kursda vakansiya varmı?

Hədəf Kurslarına müəllim qəbulu ildə 1 dəfə – may ayında elan edilir. Bu zamana qədər toplanan cv-lərə baxılır və burada göstərilən nömrələrə imtahan müddətinə az qalmış sms göndərilib imtahana dəvət edilir. İyun ayının əvvəli isə imtahan keçirilir. Yalnız ekstra hallarda tədris ilinin ortasında bəzi ixtisaslar üzrə vakansiya elan olunur. Bu isə Hədəf Kurslarının facebook və instagram səhifəsində yerləşdirilir.

Filiallarımızın ünvan və telefonları saytın “Hədəfi tanı-> Filiallar” bölməsində qeyd edilib.

İmtahan mövzularını necə əldə etmək olar?

İmtahan mövzuları hər ay təyin olunmuş imtahan tarixindən 10 gün əvvəl saytımızın “Hədəf xəbər” bölməsində verilir.

Kursda ödəniş nə qədərdir?

Bildiyiniz kimi Hədəf Kursları 9 filialda fəaliyyət göstərir. Ödəniş sistemimiz filiallar üzrə fərqlidir. Bu filialın şəhərə yaxın və uzaqlığı ilə əlaqədar olaraq fərqli təyin olunmuşdur. Ödənişlə bağlı şagird yalnız filialdan məlumat ala bilər. Buna görə də ödənişlə bağlı suallarınızda biz sizə vaxt itkisi yaranmaması üçün filiala yönləndiririk.

Dərslərə gec qatılan şagirdlər nə etməlidir ki, mövzudan geri qalmasın?

Bildiyiniz kimi dərslərimiz sentyabr ayında başlanılır. Lakin noyabr ayına qədər qeydiyyatımız davam edir. Əgər şagird dərslərə gec başlayırsa o qətiyyən narahatlıq hissi duymasın. Bu zaman şagird oxuduğu filialın sosial işçisinə yaxınlaşaraq, ona geri olduğu mövzuları mənimsəməsi üçün əlavə dərslər təyin edilməsini  xahiş edir. Bir neçə əlavə dərsdən sonra şagirdin bu problemi tamamilə aradan qaldırılır.

Filialların iş saatları necədir?

Kurs həftədə  altı gün 9:00-dan 19:00-a qədər açıqdır. Müraciət edə bilərsiniz.

Rus bölməsi hazırlığı hansı filiallarınızda keçilir?

Hədəf Kurslarında rus bölməsi 6 filialda keçirilir. Nizami, Qara Qarayev, Əhmədli, Azadlıq, 28 May və Yasamal filialı. Qəbul şərtləri Azərbaycan bölməsi ilə eynidir.

Sınaq imtahanının nəticəsini necə əldə etmək olar?

Sınaq imtahanının nəticəsini imtahandan 10 gündən gec olmayaraq online şəkildə imtahanim.com saytından və yaxud bilet aldığınız filildan əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlaya və ya yaza bilərsiniz