FDO-5 MÜKAFATLADIRMA VƏ BAĞLANIŞ MƏRASİMİ KEÇİRİLDİ

DSC06850 DSC06691 DSC06568 DSC06507 DSC06471 DSC06801DSC0680127 dekabr 2014-cü il tarixində 5-ci Fənlərin Dostluğu Olimpiadasının (FDO-5) rəsmi bağlanış və qaliblərinin mükafatlandırılma mərasimi  keçirildi. Mərasim saat 12:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının böyük akt zalında baş tutdu. Xatırladaq ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə azərbaycan bölməsinin 9 və 10-cu sinif şagirdləri üçün nəzərdə tutulmuş olimpiadaya qeydiyyat online şəkildə, www.inteqrasiya.az saytında aparılmışdır. 14 dekabr 2014-cü il tarixində keçirilən olimpiadada qeydiyyatdan keçən 956  şagirddən 800 nəfəri iştirak edib. Azərbaycanın müxtəlif bölgələrindən olimpiadaya qoşulan şagirdlər 2 saat müddətində 50 sualı cavablandırıblar.

Təhsildə yeni məzmun və qiymətləndirmə standartlarında fənlərarası inteqrasiyaya xüsusi diqqət yetirilir. Bunu nəzərə alan HƏDƏF hazırlıq kursları Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan bu layihəni artıq 5-ci ildir ki,  keçirir.

Layihənin ideya müəllifi f.ü.f.d, dosent  Şəmil Sadiqdir. Olimpiadanın  keçirilməsində məqsəd fənlərarası əlaqəni, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək şagirdlərin istedadını müəyyənləşdirməkdir.­

Bu ilki olimpiadanın nəticəsi olaraq I yeri 43 balla Sumqayıt şəhər  Texniki Elmlər Liseyinin 10-cu sinif şagirdi Elgün Cəfərov, II yeri 41 balla Sumqayıt şəhər 11 saylı məktəbin 9-cu sinif şagirdi Mirismayıl İsmayılzadə tutmuşdur. III yerə isə  38 balla 2 nəfər layiq görülmüşdür: Bakı şəhəri,  Xətai rayonu  245 saylı orta  məktəbin 10-cu sinif şagirdi Ləman Haqverdiyeva və Bakı şəhəri, Xətai rayonu 287 saylı Zəkalar liseyinin 9-cu sinif şagirdi  Nərgiz İbrahimli.

Təntənəli bağlanış mərasimi ADBİA-nın rektoru, millət vəkili Ağacan Abiyev, ADBİA-nın prorektoru Yusif Babanlı, ADPU-nun prorektoru, prof. Vilayət Əliyev, Təhsil Problemləri İnstitutunun professoru Ənvər Abbasov, BPKİYİ-nin dekanı Polad Mədətov, ADNA-nın professoru Fariz Əmirov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin sədri Nəcəf Novruzov, Təhsil Nazirliyinin rəsmisi Könül Pirverdiyeva, sosioloq Əhməd Qəşəmoğlu, Hədəf Kurslarının həmtəsisçisi, f.ü.f.d Şəmil Sadiq, Nizami rayon Bələdiyyəsinin sədr müavini Vüqar Tarquliyev və başqa rəsmi qonaqların təbrik nitqi, qaliblərin mükafatlandırılması ilə yekunlaşdı.

Müsabiqənin ilk onluğuna düşən şagirdlər, həmçinin ilk yüzlüyün sahibləri Hədəf Kursu və sponsorlar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Layihənin təşkilatçıları Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Hədəf Kursları, İstiqlal Tədris Mərkəzi,  OYAL, Medika Hospital, Kitabevim.az,  Soliton LTD, Həmrəy GMDİB və s. olmuşdur.

İnformasiya dəstəkçiləri: İctimai TV, Xəzər TV, OTV,  Kanal13.TV, www.azpress.az, www.atvxeber.az

 

Xatırladaq ki, Olimpiadanın təsisçisi Hədəf Nəşrləridir.