Gənc müəllimlərin Pedoqoji Seminarı( 7 il)

Layihənin adı : Pedaqoji Seminar
Layihə müəllifi : Şəmil Sadiq
İcraçı : Elvin Əliyev
Artıq ənənəyə çevirilən Pedoqoji Seminar layihəsi hər il Hədəf Kurslarının baş direktoru f.ü.f.d Şəmil Sadiqin başçılığı ilə həyata keçirilir.Layihə Hədəf Kurslarında müəllim qəbulu imtahanının test və müsahibə mərhələsini uğurla keçmiş müəllimlər üçün nəzərdə tutulmuşdur və gənc müəllimlərin pedaqoji ustalıqlarının artırılmasına xidmət edir.İştirakçılar 3 gün ərzində  dəyərli pedaqoqların seminarlarında iştirak edirək bilik və bacarıqlarını inkişaf etdirirlər.Mövzular aşağıdakı şəkildə təqdim olunur:

“Sinfin təşkili. Pedaqoji bacarıqlar”
“Şagird – müəllim- valideyn üçbucağı”
“Tədris müəssələrimizdə nizam-intizam qaydaları və iş strukturu”
Tədris proqramları və jurnallara tanışlıq”
“Kurs dinləyicilərinə psixoloji yanaşma”
Kurrikulumun  kurs tədrisinə uyğunlaşdırlması. Mümkün variantlar”
Layihələrimiz və Sosial həyatımız”
“Liderlik”

Sonda iştirakçılar Sertifikatla mükafatlandırılır.