Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Gənc yazarlarla görüş keçiriləcək

Gənc yazarlarla görüş keçiriləcək

Dekabrın 6-da, saat 12.00-da Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Gənc yazarlar Elxan Elatlı və Müşfiq Xanla görüş keçiriləcək. 

Xəzər rayonunda yerləşən kitabxanalar arasında aparılan sorğuya əsasən ən çox oxunan yazıçı adına qızıl qələm mükafat laureatı Elxan Elatlı və gənc yazar, dedektiv əsərləri ilə də tanınan Müşfiq Xan layiq görülmüşdür.

Gənc yazarlarla keçiriləcək oxucu konfransında müəlliflərin son dövrdə nəşr olunan əsərləri sərgilənəcək və oxucuları ən çox maraqlandıran suallara cavab veriləcəkdir.

Görüşdə imzalı kitabların təqdimatı da gözlənilir. Tədbirdə rayonun tanınmış ziyalıları, məktəbli oxucular, ədəbiyyat, tarix müəllimləri, müxtəlif peşə sahibləri, kitabxana rəhbərləri iştirak edəcəklər.

Tədbirə mətbuat nümayəndələri dəvətlidirlər.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx