Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - “Hədəf” hazırlıq kurslarında “Müəllim hazırlığı” qruplarının ilk sınaq imtahanı keçirilib

“Hədəf” hazırlıq kurslarında “Müəllim hazırlığı” qruplarının ilk sınaq imtahanı keçirilib

muellim imtahan1Yanvar ayından start götürən “Müəllim hazırlığı” qrupları ilk dəfə sınağa çəkilib. İmtahan “Hədəf” kurslarının bütün filiallarında aparılıb. Suallar keçirilən mövzuları əhatə edib. İmtahanlara müəllim olmaq arzusunda olan hər kəsin qatılmaq imkanı olub.

Qeyd edək ki, “Hədəf” hazırlıq kurslarının bütün filiallarında “Müəllim hazırlığı” qruplarına qəbul davam edir. Qruplarda 3 fənn – ixtisas, məntiq və kurikulum tədris olunur. Hər qrup üçün dərslər həftədə iki gün ərzində təcrübəli müəllimlər tərəfindən keçirilir. Tədris prosesi 5 dərs saatı ixtisas, 2 dərs saatı məntiq, 2 dərs saatı kurikulum olmaqla  9 dərs saatını əhatə edir. Azərbaycan dili və ədəbiyyat, İbtidai təhsilin metodikası, İngilis dili, Kimya, Fizika, Tarix, Coğrafiya, İnformatika, Riyaziyyat fənləri üzrə qruplar təşkil olunub. Qruplarda təhsil alanlar üçün “Aylıq mövzu sınaq imtahanları”  keçirilir. Qruplarda dərslər peşəkar müəllimlər tərəfindən aparılır. Bundan başqa qrupda təhsil alanlar güzəştli şərtlərlə dərs vəsaitləri ilə də təmin edilirlər. Tədris ilinin sonunda müdavimlərə kurikulum üzrə sertifikatlar verilir. Qruplarda tədris isə orta məktəblərə müəllim qəbulu imtahanı gününə qədər davam edəcək.

 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx