Hədəf Kursları 12-ci Beynəlxalq Təhsil Sərgisində iştirak edir

 

Hədəf Kursları və Hedef Global 12-ci Beynəlxalq Təhsil Sərgisində iştirak edir.

 

Sərgi çərçivəsində Hədəf Kurslarının təssisçisi Şəmil Sadiq və icraçı direktoru Emin Sadiqov, Hedef Globalın direktoru Elvin Əliyev bir sıra görüşlər keçirib.

 

Azərbaycan Fransız Universitetinin rəhbərliyi ilə Hədəf Qrup rəhbərliyi arasında ikitərəfli işgüzar görüş baş tutub. Tədbirdə əməkdaşlıq perspektivləri müzakirə edilib, gələcək işlər barəsində ilkin razılığa gəlinib.

 

Bununla yanaşı Hedef Global şirkətinin direktoru Elvin Əliyevin iştirakı ilə Çexiyanın “Oneplanet” şirkətinin Azərbaycan təmsilçisi “Avropada Karyera” şirkətinin əməkdaşları ilə görüş keçirilib.

 

3 gün müddətində davam edəcək sərgidə iştirakçılar Hədəf Kursları və Hedef Global şirkətinin stendlərinə yaxınlaşa, xidmətlər barəsində ətraflı məlumat əldə edə bilərlər.