Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Kursları 2012/2013 tədris ili üçün müəllimlərin işə qəbul imtahanı keçirdi

Hədəf Kursları 2012/2013 tədris ili üçün müəllimlərin işə qəbul imtahanı keçirdi

Öncədən xəbər verdiyimiz kimi iyunun 17-də Hədəf Kursları yeni tədris ili üçün müəllimlərin işə qəbul imtahanı keçirdi. Qeyd edək ki, işə qəbulla bağlı müraciətlər www.hedef.edu.az  rəsmi səhifəsi vasitəsi ilə qeydiyyata alınmışdı. İmtahan Azərbaycan Universitetində iki növbədə, Hədəf Kurslarının Xırdalan filialında isə bir növbədə keçirildi.

2012/2013 tədris ili üçün nəzərdə tutulan müəllimlərin işə qəbul imtahanında ötən tədris ilində olduğundan 3 dəfə çox, yəni ki, 900 nəfərdən artıq müəllim iştirak etmişdir.

Nəzərinizə çatdırırıq ki, imtahan iştirakçılarının 88%-i kursda çalışmaq üçün birinci dəfə müraciət müəllimlərdir. Bununla yanaşı 100 nəfərdən artıq müəllim attestasiya imtahanında iştirak etmişdir.

Müəllimlərin işə qəbul imtahanı həm Azərbaycan, həm də rus bölmələri üzrə bütün əsas və digər fənlər üzrə həyata keçirilir. Belə ki, imtahanda aşağıda göstərilən istiqamətlər üzrə və göstərilən saylarda müəllim iştirak etmişdir:

1. Azərbaycan dili və ədəbiyyat – 215 nəfər

2. Riyaziyyat – 129 nəfər

3. Fizika – 55 nəfər

4. Kimya – 63 nəfər

5. Biologiya – 52 nəfər

6. Coğrafiya – 63 nəfər

7. Tarix – 125 nəfər

8. Xarici dil (rus, ingilis, fransız və alman) – 178 nəfər

9. İnformatika – 21 nəfər

10. Məntiq – 10 nəfər

 

Qeyd edək ki, bu imtahanın nəticələri iyulun 3-də elan ediləcəkdir. Bundan sonra isə Hədəf Kurslarında “Müəllimlərin İşə Qəbul Qaydaları”na əsasən
növbəti mərhələlər həyata keçiriləcəkdir. Növbəti mərhələlərə yalnız birinci mərhələdə nəticələri yüksək olan müəllimlər buraxılacaqdır. İmtahan nəticələri elan edildikdən sonra (3 iyul 2012) növbəti mərhələlər keçiriləcəkdir:

II Mərhələ: Müsahibə

İdarə Heyəti qərarı ilə formalaşdırılan Komissiya Heyətinin I  mərhələni uğurla başa vurmuş müəllimlərlə tanışlıq məqsədi daşıyır.

III Mərhələ:  Nümunə dərs (bir və ya iki) və müəllimin test hazırlama bacarığı

Fənn rəhbərinin iştirakı ilə qrupda dərs. Bu dərslərdə Hədəf Kurslarının digər rəhbər işçilərinin iştirakı da istisna olunmur.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx