Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Kursları daha bir xarici Universitetin rəsmi təmsilçisi oldu

Hədəf Kursları daha bir xarici Universitetin rəsmi təmsilçisi oldu

13 aprel  2012-ci il tarixdə Hədəf Kursları MMC Baş İdarə binasında  Baş direktor f.ü.f.d., dos. Şəmil Sadiq Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən  Lefke Avropa Universitetinin (LAU) təsisçisi və Lefke şəhər bələdiyyə başçısı Mehmet Zafer bəyin rəhbərlik etdiyi nümayəndə heyyətini qəbul etmişdir.  Xatırladaq ki, hələ mart ayında LAU-ni təmsil edən bir qrup heyyət  Hədəf Kurslarını ziyarət etmişdir. Bu ziyarət zamanı qərara alınmışdır ki, LAU ilə Hədəf Kursları arasında gələcəkdə daha geniş əməkdaşlıq fəaliyyəti qurulsun. Mehmet Zafer bəyin də səfərinin əsas məqsədi  bu əməkdaşlığın rəsmi bir müqavilə kimi imzalanması olmuşdur. LAU-ni təmsil edən nümayəndə heyyəti tərkibində LAU rektor köməkçisi Dos.Dr. Akın Cellatoğlu və LAU Türk dili və ədəbiyyat bölümü müəllimi Dos.Dr. Nazim Muradov olmuşdur.

Bundan əlavə  Hədəf Kursları icraçı direktoru Emin Sadiqov, Azadlıq filialının direktoru Elvin Əliyev, Hədəf  Nəşrlərinin direktoru Müşfiq Fərziyev də görüşdə iştirak etmişdir. Qarşılıqlı müzakirələr şəraitində keçən görüşün sonunda LAU ilə Hədəf kursları arasında rəsmi təmsilçilik müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Hədəf Kursları LAU-nin Azərbaycan Respublikasında rəsmi təmsilçisi hüququnu almışdır. Hədəf Kursları ŞKTC-da başqa heç bir Universitetlə təmsilik müqaviləsi imzalamayacağına öhdəlik götürdü. Qarşılıqlı olaraq LAU da bu müqavilədən irəli gələn şərtləri yerinə yetirəcəyini bildirmişdir.

Sonda qonaqlar yüksək səviyyəli görüşdən məmnun qaldıqlarını bildirmiş və Hədəf  Kursları nümayəndə heyyətini ŞKTC-nə dəvət etmişlər.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx