Hədəf Kursları Gənclər Günü münasibətilə 4 layihəyə start verdi

Hədəf Kursları 2 fevral Gənclər Günü münasibətilə şagirdlərin bacarıq və istedadlarını nümayiş etdirilməsi məqsədi ilə tədbirlər planını təqdim edir.

Hədəf Kursları Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin gənclər siyasəstini dəstəkləmək, bu sahədə öz töhfəsini vermək məqsədi ilə  dörd müxtəlifyönümlü layihəyə: “NanoSən” texnologiyanın həyatımızda rolundan bəhs edən rəsm sərgisi, “Xocalıya ədalət, şagirdlərin gözü ilə” esse müsabiqəsi, “Hədəf Bilik Yarışması” intellektual oyunu, “Hədəf Birinciliyi” filiallar arası mini futbol çempionatına start verir.

“NanoSən” sərgisində şagirdlər texnologiyanın həyatımıza təsirini boyaların vasitəsilə əks etdirəcəklər. Sərgi üçün rəsm qəbulu sərginin elanından sonra qarşıdakı 30 günü əhatə edir. Namizədlər son gün saat 19:00-a qədər öz rəsm əsərlərini təqdim edə bilərlər.

 

“Xocalıya ədalət, şagirdlərin gözü ilə” esse müsabiqəsi şagirdlərdə sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarətdir. Bu esse müsabiqəsi şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması, onların vətənə sevgisinin möhkəmlənməsinə xidmət edir. Müsabiqə Rus və Azərbaycan bölmələri üzrə birgə aparılır. Esse yazısı 300 – 350 sözdən ibarət olmalıdır. Qaliblər mükafatlandırılacaq və esseləri mətbuatda dərs ediləcək.

 

“Hədəf Bilik Yarışması” İntellektual Oyununun əsas məqsədi şagirdlərin dünyagörüşünü genişləndirmək, onların hərtərəfli inkişafını təmin etməkdir. . Yarış Hədəf kurslarında təhsil alan 8-9-10-11sinif şagirdləri arasında keçiriləcək.

 

“Hədəf Birinciliyi” filiallar arası mini futbol çempionatı gənc nəsildə sağlam ruhun formalaşması, idmana diqqətin artırılması məqsədi ilə keçirilir. Çempionat kursda təhsil alan şagirdlər arasında keçiriləcək.