“HƏDƏF KURSLARI” MÜƏLLİM QƏBULU ÜZRƏ VAKANSİYA ELAN EDİR

Hörmətli müəllimlər! Artıq 10 ildir ki, fəaliyyət göstərən “Hədəf Kursları” öz peşəkar müəllim heyəti ilə daim seçilmişdir.  “Hədəf Kursları”  bu il də hər il olduğu kimi müəllim qəbulu üzrə vakansiya elan edir. İyun ayının 10-da 2018-2019-cu tədris ili üçün Azərbaycan və Rus bölmələri üzrə müəllim qəbulu imtahanı keçirilməsi nəzərdə tutulmuşdur. Suallar  DİM-in və Təhsil Nazirliyinin tədris proqramıları əsasında hazırlanacaqdır.

İmtahanda iştirak etmək istəyən müəllimlər may ayının 15-dən  iyun ayının 7 -nə qədər filiallarımızdan imtahana buraxılış vərəqi əldə edə bilər. Qeydiyyatdan kemək üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyiniz xahiş olunur. Buraxılış vərəqi üçün xidmət haqqı 10 AZN-dir.

İmtahan Bakı şəhərində keçiriləcək.

İmtahanda iştirak etmək üçün buraxılış vərəqi və şəxsiyyət vəsiqəsini özünüzlə gətirməyi unutmayın!

İmtahan Azərbaycan və rus bölməsi üzrə keçirilir.


  • Hər bir fənn üzrə 40 ixtisas, 10 kurikulum olmaqla 50 sual təqdim ediləcək. İşə qəbul nəticələrinə daha çox ixtisas nəticələri təsir göstərsə də, kurikulum nəticəsi də nəzərə alınacaq.
  • Suallar qapalı testlər şəklində təqdim ediləcək.
  • İmtahan müddəti 120 dəqiqə ( 2 saat) müddətində keçiriləcək.
  • Hər bir sual 1 balla qiymətləndiriləcək.
  • Səhv cavabların doğru cavablara təsiri 4-ün 1-ə nisbətindədir.

 

Aşağıda göstərilən ixtisaslar üzrə vakansiya elan olunur:


  1. Azərbaycan dili və ədəbiyyat-80 ixtisas,10 kurikulum-180 dəqiqə(3 saat)
  2. Azərbaycan dili-40 ixtisas,10 kurikulum-120 dəqiqə( 2 saat)
  3. Riyaziyyat-40 ixtisas,10 kurikulum-120 dəqiqə( 2 saat)
  4. İngilis dili-40 ixtisas,10 kurikulum-120 dəqiqə( 2 saat)
  5. Rus dili-40 ixtisas,10 kurikulum-120 dəqiqə( 2 saat)
  6. Rus dili və ədəbiyyatı-80 ixtisas,10 kurikulum-180 dəqiqə(3 saat)
  7. Kimya-40 ixtisas,10 kurikulum-120 dəqiqə( 2 saat)
  8. Biologiya-40 ixtisas,10 kurikulum-120 dəqiqə( 2 saat)
  9. Coğrafiya-40 ixtisas,10 kurikulum-120 dəqiqə( 2 saat)
  10. Fizika-40 ixtisas,10 kurikulum-120 dəqiqə( 2 saat)
  11. Tarix-40 ixtisas,10 kurikulum-120 dəqiqə( 2 saat)

 

Magistr və müəllim hazırlığı qrupları üzrə:


  1. Məntiq
  2. İnformatika
  3. Kurikulum

 

Hər bir fənn üzrə 50 sual təqdim ediləcək.


  • İmtahan müddəti 120 dəqiqə ( 2 saat)
  • Suallar qapalı testlər şəklində təqdim ediləcək.
  • Hər bir sual 1 balla qiymətləndiriləcək.
  • Səhv cavabların doğru cavablara təsiri 4-ün 1-ə nisbətindədir.

QEYD: Tarix və ədəbiyyat fənlərindən suallar aşağı siniflər də nəzərə alınmaqla tərtib ediləcək.

Hədəf Kursları İmtahan Mərkəzi