“HƏDƏF KURSLARI” MÜƏLLİM QƏBULU ÜZRƏ VAKANSİYA ELAN EDİR

Hörmətli müəllimlər! Artıq 10 ildir ki, fəaliyyət göstərən “Hədəf Kursları” öz peşəkar müəllim heyəti ilə daim seçilmişdir.  “Hədəf Kursları”  bu il də hər il olduğu kimi müəllim qəbulu üzrə vakansiya elan edir. İyun ayının 9-da 2019-2020-ci tədris ili üçün Azərbaycan və Rus bölmələri üzrə müəllim qəbulu imtahanı keçirilməsi nəzərdə tutulmuşdur. Suallar  DİM-in və Təhsil Nazirliyinin tədris proqramıları əsasında hazırlanacaqdır.

İmtahanda iştirak etmək istəyən müəllimlər  may ayının 13-dən  iyun ayının 5 -nə qədər filiallarımızdan imtahana buraxılış vərəqəsi əldə edə bilər. Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyiniz xahiş olunur. Buraxılış vərəqi üçün xidmət haqqı 10 AZN-dir.

İmtahan Bakı şəhərində keçiriləcək.

İmtahanda iştirak etmək üçün buraxılış vərəqi və şəxsiyyət vəsiqəsini özünüzlə gətirməyi unutmayın! “Hədəf Kursları”na müəllim qəbulu imtahanı abituriyent qrupları, MİQ və magistr qrupları üçün nəzərdə tutulub.
Abituriyentlər üzrə qruplarda vakansiya fənləri:

  1. Azərbaycan dili və ədəbiyyat – 60 ixtisas, 5 PİSA mətn testi 120 dəqiqə
  2. Azərbaycan dili – 30 ixtisas, 5 PİSA mətn testi -90 dəqiqə
  3. Riyaziyyat- 30 ixtisas, 5 PİSA mətn testi -90 dəqiqə
  4. İngilis dili- 30 ixtisas, 5 PİSA mətn testi -90 dəqiqə
  5. Kimya – 30 ixtisas, 5 PİSA mətn testi -90 dəqiqə
  6. Biologiya – 30 ixtisas, 5 PİSA mətn testi -90 dəqiqə
  7. Coğrafiya – 30 ixtisas, 5 PİSA mətn testi -90 dəqiqə
  8. Fizika – 30 ixtisas, 5 PİSA mətn testi -90 dəqiqə
  9. Tarix – 30 ixtisas, 5 PİSA mətn testi -90 dəqiqə
  10. Rus dili- 30 ixtisas, 5 PİSA mətn testi -90 dəqiqə
  11. Rus dili və ədəbiyyatı – 60 ixtisas, 5 PİSA mətn testi 120 dəqiqə

Sualların sayı və məzmunu aşağıdakı kimi olacaq:

  1. İmtahan sualları yeni qəbul proqramı üzrə olan dərsliklərə əsaslanaraq Azərbaycan və rus bölməsi olmaqla hazırlanır.
  2. Kitabça 35 sualdan ibarətdir: 30 sual fənlə bağlı, 5 sual isə PİSA tipli oxuyub anlamaya dair mətn tapşırıqları şəklində verilir.
  3. İxtisas fənni üzrə sual formaları: 22 qapalı, 4 seçim və hesablama tipli ənənəvi açıq, 1 uyğunluq tipli ənənəvi açıq, 3 situasiya (mətn, mənbə) əsasında yazı tələb olunan açıq tapşırıq.
  4. PİSA tipli oxuyub-anlamaya dair sual formaları: 2 qapalı, 3 yazı tələb oluna bilən açıq tapşırıq.
  5. İştirakçıların imtahan nəticəsi ixtisas və mətn tapşırıqlarından (35 sualdan) topladığı ümumi bal əsasında müəyyən edilir.

Magistr və MİQ qrupları üzrə vakansiya fənləri:

  1. Məntiq
  2. İnformatika
  3. Kurikulum

 

– Hər bir fənn üzrə 50 sual təqdim ediləcək.

– İmtahan müddəti 90 dəqiqə

– Suallar qapalı testlər şəklində təqdim ediləcək.

– Hər bir sual 1 balla qiymətləndiriləcək.

– Səhv cavabların doğru cavablara təsiri 4-ün 1-ə nisbətindədir.

 

Hədəf Kursları İmtahan Mərkəzi