“HƏDƏF KURSLARI” MÜƏLLİM QƏBULU ÜZRƏ VAKANSİYA ELAN EDİR

Hörmətli müəllimlər!

12 ildən artıqdır ki,  fəaliyyət göstərən “Hədəf Kursları” öz peşəkar müəllim heyəti ilə daim seçilmişdir.  “Hədəf Kursları”  bu il də hər il olduğu kimi müəllim qəbulu üzrə vakansiya elan edir.

23 may 2021-cil il tarixində  Azərbaycan və rus bölmələri üzrə müəllim qəbulu imtahanı keçirilməsi nəzərdə tutulmuşdur. Suallar  DİM-in və Təhsil Nazirliyinin tədris proqramıları əsasında hazırlanacaqdır.

İmtahanda iştirak etmək istəyən müəllimlər may ayının 3-dən may ayının 19-na qədər Hədəf Kurslarının bütün  filiallarına müraciət edərək imtahana buraxılış vərəqi əldə edə bilər.

Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyiniz xahiş olunur. Buraxılış vərəqi üçün xidmət haqqı 10 AZN-dir.

İmtahan Bakı şəhərində keçiriləcək.

İmtahanda iştirak etmək üçün buraxılış vərəqi və şəxsiyyət vəsiqəsini özünüzlə gətirməyi unutmayın!

 

Abituriyent üzrə müəllim qruplarında vakansiya fənləri:

 

  1. Azərbaycan dili və ədəbiyyat (Филология)- Azərbaycan bölməsi üçün –40 ixtisas-90 dəqiqə
  2. Riyaziyyat (Математика) Azərbaycan və rus bölməsi üçün -40 ixtisas -90 dəqiqə
  3. İngilis dili (Английский язык) Azərbaycan və rus bölməsi üçün – 40 ixtisas -90 dəqiqə
  4. Kimya (Химия) Azərbaycan və rus bölməsi üçün – 40ixtisas -90 dəqiqə
  5. Biologiya (Биология) Azərbaycan və rus bölməsi üçün – 40 ixtisas 90 dəqiqə
  6. Coğrafiya (География) Azərbaycan və rus bölməsi üçün – 40 ixtisas -90 dəqiqə
  7. Fizika (Физика) Azərbaycan və rus bölməsi üçün – 40 ixtisas -90 dəqiqə
  8. Tarix (История) Azərbaycan və rus bölməsi üçün -40 ixtisas-90 dəqiqə
  9. Rus dili (Русский язык) Azərbaycan bölməsi üçün – 40 ixtisas -90 dəqiqə
  10. Rus dili və ədəbiyyatı (Филология) Rus bölməsi üçün-40 ixtisas – 90 dəqiqə

 

Müəllim qəbulu imtahanında sualların sayı və məzmunu aşağıdakı kimi olacaq:

  1. İmtahan sualları yeni qəbul proqramı üzrə olan dərsliklərə əsaslanaraq Azərbaycan və rus bölməsi olmaqla hazırlanır.
  2. Kitabça 40 ixtisas sualından ibarətdir:
  3. İştirakçıların imtahan nəticəsi ixtisas tapşırıqlarından (40 sualdan) topladığı ümumi bal əsasında müəyyən edilir.
  4. Səhv cavabların doğru cavablara təsiri 4-ün 1-ə nisbətindədir.