Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - “Hədəf Kursları” Nizami filialında “Müəllimlərin pedaqoji iclası” keçirildi

“Hədəf Kursları” Nizami filialında “Müəllimlərin pedaqoji iclası” keçirildi

01 dekabr  2013-cü il tarixində Hədəf Kursları Nizami filialında 2013/ 2014-cü- tədris ilinin birinci yarımili üçün “Müəllimlərin pedaqoji iclası”  keçirildi. İclasda Nizami filialının idarə heyəti və bu filialda həm abituriyent, həm də magistr hazırlığı istiqaməti üzrə  müxtəlif fənləri tədris edən 60-a yaxın müəllim iştirak edirdi.

              Toplantı ,nəzərdə tutulduğu kimi, saat 12-də başlandı və iki saata qədər davam etdi. İclası giriş sözü ilə Nizami filialı XI siniflər üzrə məsul şəxs, direktor müavini  Məhəmməd Xankişiyev açıq elan etdi. Reqlamenti iştirakçıların nəzərinə çatdırdıqdan sonra çıxışına başladı. Çıxışda  02 noyabr 2013-cü ildə Baş ofisin nümayəndələri  tərəfindən aparılmış yoxlama işlərinin müzakirəsi oldu: tədris proqramının mövzularından geri qalmış müəllimlərə məlumat verildi. Müəllimlərin dərslərə daha məsuliyyətlə yanaşmaları, tədris prosesinə gec qoşulan abituriyentlərə köməklik göstərmələri, şagirdlərin dərs vəsaitlərindən düzgün və səmərəli istifadəsinə yardımçı olmaları tövsiyə edildi.

           Növbəti çıxış üçün söz X siniflər üzrə məsul şəxs, direktor müavini Anar Allahverdiyevə verildi. A.Allahverdiyev öz çıxışında abituriyentlərin davranışı, şagird-müəllim münasibətlərinin düzgün qurulması, ev tapşırıqlarının yoxlanması, keçirilmiş sınaq imtahanlarında zəif nəticə göstərmiş, xüsusən nisbi balı fənlərə görə “0” olanlarla bağlı məlumat verdi. Problemlərin həlli yollarını necə müəyyənləşdirilməsi toplantı iştirakçılarına  aşılandı.

                Reqlamentə əsasən Nizami filialının direktoru Emin Sadıqov tribunaya dəvət edildi. E.Sadıqov kursdaxili nizam –intizam qaydalarından, müəllimlərin iş prosedurlarını daha mükəmməl şəkildə icra etməsindən söz açdı, sınaq imtahanlarında iştirak etmiş abituriyentlərin nəticələrini faktlar üzrə şərh etdi. Keyfiyyətli dərs, şagirdin və müəllimin uğuru, uğursuzluqdan qaçmaq, abituriyentlərə kömək üçün əlavə dərslər, maddi bazadan istifadə, inventarların qorunması, DQT-lərin işlənməsi və s. kimi məsələlər natiqin çıxışında əksini tapdı.

                Sonda müəllimlərin təklifləri dinlənildi. Müəllimlərdən Rasim Xələfov tədris etdiyi riyaziyyat fənni üzrə mövcud DQT-lərin yararlılığının aşağı səviyyədə olduğunu, xüsusən zəif qruplarda bu testlərin yazılmasının mümkünsüzlüyündən danışdı. Digər müəllimlərin də fikirləri öyrənildikdən sonra ortaq nəticə olaraq, təhsil səviyyəsi zəif olan qruplarda bu DQT-lərin sadə suallarının işlənməsi qərara alındı. Müəllimlərin digər təklif və müraciətləri dinlənilərək müzakirə edildikdən  sonra iclas bağlı elan edildi.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx