Hədəf kurslarına müəllim qəbulu imtahanı keçiriləcək!

IMG_0058 (1)

Hədəf Kursları iyun ayının 7-də 2015-2016-cı tədris ili üçün Azərbaycan və rus bölmələri üzrə müəllim qəbulu imtahanı keçirəcək. Qəbul imtahanında vakansiya yerlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, kimya, biologiya, coğrafiya, fizika, tarix, ingilis dili, rus dili, informatika və məntiq fənləri üzrə olacaq. TQDK-nın qəbul proqramına uyğun olaraq, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 50 sual, digər fənlərdən isə 25 sualdan istifadə ediləcək.

İmtahanda iştirak etmək istəyən müəllimlər may ayının 15-dən 05 iyun tarixinədək filiallarımızdan buraxılış vərəqi ala bilər. Buraxılış vərəqi almaq üçün şəxsiyyət vəsiqənizi gətirməyi unutmayın.  İmtahanda iştirak etmək üçün buraxılış vərəqini və şəxsiyyət vəsiqənizi özünüzlə gətirin.

Buraxılış vərəqi üçün xidmət haqqı 5 AZN-dir.

QEYD: İmtahan iki məntəqədə: Bakı və Sumqayıt şəhərlərində keçiriləcək. Sumqayıt filialında müəllim işləmək istəyən müəllimlər Sumqayıt şəhərində fəaliyyət göstərən filialımıza müraciət edə bilərlər.

Fənlər üçün ayrılmış imtahan müddəti:

Azərbaycan dili və ədəbiyyat, 50 sual – 90 dəq.

Riyaziyyat, 25 sual – 60 dəq.

Kimya, 25 sual – 60 dəq.

Biologiya, 25 sual – 60 dəq.

Coğrafiya, 25 sual – 60 dəq.

Fizika, 25 sual – 60 dəq.

Tarix, 25 sual – 45 dəq.

İngilis dili, 25 sual – 45 dəq.

Rus dili, 25 sual – 45 dəq.

İnformatika, 25 sual – 60 dəq.

Məntiq, 25 sual – 60 dəq.

Baş idarə

(Ətraflı məlumat üçün)

Z.Əhmədbəyov küç 2  (Nizami metrosunun yaxınlığında)

Tel: (+99412) 594-73-38, 596-66-95

Mob:(+99470) 324-98-50