Hədəf Kurslarına Müəllim Qəbulu İmtahanının İkinci mərhələsi başladı

9 iyun tarixində Hədəf Kurslarına Müəllim qəbulu imtahanı keçirilib. 4 məntəqədə keçirilən bu imtahanda 1000-dən artıq müəllim Azərbaycan və rus bölməsi olmaqla Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Tarix, Fizika, Kimya, Biologiya,  Coğrafiya, İngilis dili, Rus dili, Məntiq, İnformatika və Kurikulum fənnləri üzrə imtahan veriblər.

Hər il olduğu kimi bu il də Hədəf Kurslarına Müəllim qəbulu imtahanı 3 mərhələdən ibarətdir. Birinci mərhələdə müəllimlər öz ixtisaslarına uyğun olaraq qapalı və açıq tipli test tapşırıqlarından imtahan veriblər. İkinci mərhələdə fənlər üzrə vakansiya yerlərinə müvafiq olaraq dəvət olunan müəllim sayı 2-3 dəfə artıq olur. İkinci mərhələyə aşağı nəticə ilə dəvət olunan müəllimlər növbəti il üçün təcrübəçi müəllim kimi filiallara yönləndiriləcək.

İkinci mərhələ açıq dərs və şifahi dialoq şəklində olan müsahibə mərhələsidir. Bu mərləhədən uğurla keçən müəllimlər iş saatları, dərs bölgüsü və s. mövzuların müzakirəsi üçün üçüncü mərhələyə dəvət olunacaqlar.

Birinci mərhələdə fənlər üzrə keçid balları fərqlidir. Hədəf Kurslarına təcrübəçi, müəllim qismində dəvət olunacaq müəllimlərin fənlər üzrə göstəriciləri aşağıdakı kimi olmalıdır:

Bu fənn göstəricilərinə uyğun gələn müəllimlərə 10-15 gün ərzində SMS göndəriləcək və onlara bildirilmiş tarixdə Hədəf Kurslarının Baş İdarəsində müsahibə mərhələsi keçiriləcək.