Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Kurslarına qəbul imtahanı keçiriləcək

Hədəf Kurslarına qəbul imtahanı keçiriləcək

Yüksək nəticə toplayan 10 şagird Şimali Kiprdə yay məktəbinə qatılacaq

Aprelin 27-də 2014/2015 tədris ili üçün Hədəf Kurslarına qəbul imtahanı keçiriləcək. İmtahan Azərbaycan və rus bölmələri üzrə olmaqla, 8,9 və 10-cu sinif şagirdləri arasında təşkil olunacaq.

Qeydiyyat 22 aprel tarixinə qədər Hədəf Kurslarının filal və təmsilçilikləridə həyata keçiriləcək. Qeydiyyatdan keçən hər kəsə 2 AZN dəyərində sinaq.az kuponu və sınaq imtahanı kitabçaları hədiyyə ediləcək.

İmtahanda iştirak üçün qeydiyyat qiyməti 2 manatdır. Yüksək nəticə toplayan 10 şagird Şimali Kiprdəki partnyorumuz Doğu Akdeniz Universitetinin (DAU) təşkil etdiyi yay məktəbində dil kurslarına qatılacaq.

Qeyd edək ki, ötən il Hədəf Kursları məzunlarının ali məktəbələrə qəbul nəticəsi 95 faiz olub.

İmtahanlarda yaxşı nəticə göstərmiş şagirdlər Hədəf Kurslarının – Nizami, Xırdalan, Neftçilər, Azadlıq, Sumqayıt və yeni açılmış Həzi Aslanov filiallarında təhsil almaq imkanı qazanacaqlar.

Hədəf Kurslarının 7 şəhərdə – İmişli, Saatlı, Kürdəmir, Beyləqan, Mingəçevir, Zərdab və Qusarda təmsilçilikləri var.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx