Hədəf Kurslarında 9 noyabr – Bayraq Günü qeyd edildi (FOTO)

Hədəf Kurslarının filiallarında Bayraq Günü münasibətilə tədbirlər keçirilib.

 

Tədbirlərdə kursun şagirdləri çıxış edib, Azərbaycan Dövlət Bayrağının yaranması və keçdiyi yol ilə bağlı geniş məlumat veriblər.

 

Bununla yanaşı şagirdlər milli dəyərləri aşılayan, vətənpərvərlik ideyaları ilə özündə ehtiva edən şeirlər səsləndirib, kiçik səhnəciklər göstəriblər.

 

Qeyd edək ki, Bayraq Günü münasibətilə Hədəf Kurslarının filialları Dövlət Bayrağı rənglərinə bürünüb.