Hədəf Kurslarının filiallarında Bakının işğaldan azad edilməyinin 100 illiyi ilə bağlı tədbir keçirilib.
Vətən uğrunda canlarından keçən insanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 1918-ci ildə baş verənlərin ümumi mənzərəsi barədə iştirakçılara məlumat verilib, Qafqaz İslam Ordusunun Bakıya gəlməyinin tarixi əhəmiyyəti vurğulanıb.
Daha sonra isə 15 sentyabr hadisələri ilə bağlı video-çarx nümayiş edildi.