Hədəf Kurslarında Dövlət Müstəqillik Günü qeyd olundu

Hədəf Kurslarının Əcəmi filialında 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himinin səsləndirilməsi ilə başlayıb.

Tədbirin təşkilatçısı kursun təlim-tərbiyə işləri üzrə direktor müavini, tarix müəllimi Ceyhun Əliyev çıxışında: “Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il keçdiyini və Azərbaycan bütün çətinliyə, 70 illik zülm və əsarətə baxmayraq, 1991-ci ilin oktyabr ayının 18-də müstəqilliyini yenidən bərpa edib, özünün suverən dövlətini yaratdığını” bildirib.

Daha sonra kursun şagirdlərinin ifasında Milli Müstəqillik Gününə həsr edilmiş kompozisiya nümayiş etdirilib. Şagirdlər hazırladıqları şeir nümunələrini, vətənpərvərlik ruhunda ifa etdikləri mahnıları böyük ustalıqla tədbir iştirakçılarına çatdırıblar.

Tədbirdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirilib.