Hədəf Kurslarında fənn rəhbərlərinin iclası keçirildi

9-10 sentyabr tarixlərində Hədəf Kurslarında Azərbaycan dili, riyaziyyat, ingilis dili və kimya fənləri üzrə fənn rəhbərlərinin və fənn müəllimlərinin iclası keçirilib. 

İclasda əsasən, istifadə edilən dərs vəsaitləri, sınaq imtahanlarının sualları kimi məsələlər geniş şəkildə müzakirə edilib. Əvvəlcə çıxış edən Hədəf Kurslarının Elm və Tədris İşləri üzrə direktoru Elxan Nəcəfov cari tədris ilində dərslərin təşkili və fənlər üzrə tədris proqamları haqqında məlumat vermişdir. Fən müəllimləri ilə birlikdə tədris prosesində istifadə ediləcək dərsliklər və dərs vəsaitləri razılaşdırılmışdır.

İclasın gedişində fənn rəhbərləri yeni tədris ilinin tədris proqramını müəllimlərlə birlikdə müzakirə etmiş, müəllimlərin təklifləri əsasında proqramlara müəyyən dəyişikliklər edilmişdir. İclasda daha sonra, dərs vəsaitlərindən istifadə, sinifdaxili qiymətləndirmə üçün istifadəyə veriləcək vərəq testlərin (DQT) işlənməsi, sınaq imtahanları üçün tapşırıqların hazırlanması və s. kimi məsələlər müzakirə olunmuşdur.