Hədəf Kurslarında Kurikulum üzrə müəllimlərin iclası keçirilib

25 yanvar 2020-ci ildə Hədəf Kurslarında kurikulum üzrə müəllimlərin iclası keçirilib.
İclasda Hədəf Kurslarının Elm və Tədris İşləri departamentinin direktoru Elxan Nəcəfov çıxış edərək, MİQ imtahanlarında tətbiq edilən yeniliklər haqqında tədbir işirakçılarına məlumat verib. Həmçinin iclasın əsas mövzularından biri də Kurikulum suallarının sayının artırılmasından irəli gələn proqram dəyişikliyi və dərs saatlarının artırılması olub.
Sonda müəllim və müdavimlərin vəsait təminatı, elektron sınaq imtahanının suallarının dəyişikliklər əsasında yenilənməsi məsələsi də gündəmə gətirilib.