Hədəf Kurslarında Magistratura üzrə Açıq Qapı günü keçirildi

Hədəf Kurslarının Neftçilər – Qara Qarayev filialında Magistratura hazırlığı ilə bağlı Açıq Qapı günü keçirilib.

Tədbiri giriş sözü ilə Neftçilər-Qara Qarayev filialının müdiri Famil İsayev açıb. O, Hədəf Kurslarının Magistratura hazırlığı üzrə gördüyü işlər barasində geniş məlumat verib. Famil İsayev təkcə 2018-ci ildə magistratura üzrə 92 faiz uğur qazandıqlarını bildirib.

Daha sonra Hədəf Kurslarının Sosial və Layihələr üzrə direktoru Elvin Əliyev çıxış edərək Hədəf Kurslarının əsas məqsədlərinin Azərbaycanda təhsilin inkişafına töhfə vermək olduğunu bildirib.

Hədəf Kurslarının magistratura üzrə koordinatoru Murad Ağayarov Hədəf Kurslarında Magistratura qəbulu ilə bağlı kampaniyaları barəsində məlumat verib. “Hədəf Kursları olaraq magistratura üzrə yeni kampaniyaları sizin nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, kursumuzda 20 maydan etibarən ödənişsiz dərslərə start veririk. Bu dərslər vasitəsilə siz həm müəllimlərimizi tanıya biləcək, həm də sizə maraqlı suallarınıza cavab tapa biləcəksiniz. Bununla yanaşı Respublika birincisinə 5 min azn, 5 min azn-lik də təhsil vauçeri, ikinci yerin sahibinə 3 min azn, 3 min azn-lik təhsil vauçeri, üçüncü yerin sahibinə min azn pul mükafatı və min azn-lik təhsil vauçeri veriləcək. Bununla yanaşı universitetə qəbul balınıza uyğun olaraq endirimlər də əldə edə biləcəksiniz”.

Murad Ağayarov may ayı boyunca qeydiyyatdan keçənlər tələbələrin xüsusi endirim əldə edəcəklərini də qeyd edib.