Hədəf Kurslarında müəllimlərə treninq keçirilib

Hədəf Kurslarında müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə treninq keçirilib.

Hədəf  Kursları Azadlıq filialının direktoru Məhəmməd Xankişiyevin moderatorluğu ilə keçirilən treniqin ilk bölməsi Azərbaycan dili və ədəbiyyat fənlərinə həsr olunub. M. Xankişiyev Azərbaycan dili və ədəbiyyat üzrə Hədəf kurslarında tədris proqramının cari ilin dekabr ayına qədərki mövzuların hansı şəkildə tədris edilməsi ilə bağlı treninq iştirakçılarına geniş məlumat verib.

Daha sonra çıxış edən Nizami Hüseynov cari tədris ilində dərs vəsaitlərindən səmərəli istifadə və yeni test modellərinin işlənməsi məsələlərini seminar iştirakçılarının nəzərinə çatdırıb.

Sonda Hədəf  Kurslarının Elm və Tədris işləri üzrə  direktoru Elxan Nəcəfov keçirilən treninqlərin əhəmiyyətindən danışaraq bu tipli tədbirlərin müəllimlərin həm peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsində, həm də tədris olunan fənlərin keyfiyyətinin artırılmasına təsir göstərəcəyini vurğulayıb.

Qeyd edək ki, növbəti həftələrdə digər bölmələr üzrə də treniqlər keçiriləckdir.