Hədəf Kurslarında müəllimlərin X  Pedaqoji seminarı keçirilib

Hədəf Kurslarının Əcəmi filialında müəllimlərin X  Pedaqoji seminarı keçirilib. 150 müəllimin iştirak etdiyi seminar iki gün – 28-29 avqust tarixlərində davam edib.

Seminarın ilk günündə Hədəf Kurslarının icraçı direktoru Emin Sadiqov, Elm və Təhsil departamentinin direktoru Elxan Nəcəfov və Qara Qarayev filialının direktoru Famil İsayev müəssisəmizdə idarəçilik, təhsilin təşkili və müəllim fəaliyyəti ilə bağlı məlumat veriblər.

Çıxışçılar “Hədəf Kurslarında tədris necə olmalıdır?”, “Örnək müəllim necə olmalıdır?” mövzuları ətrafında seminar tipli söhbətlər aparıb, sualları cavablandırıblar.

Seminarın ikinci günü Hədəf Kurslarının Azadlıq filialının müdiri Məhəmməd Xankişiyev “Sinfin təşkili”, Layihələr və Xarici Əlaqələr üzrə direktor t.ü.f.d., Elvin Əliyev “Layihələrimiz və Sosial həyatımız”, Elm və Tədris işləri üzrə direktoru Elxan Nəcəfov “Hədəf Kurslarında dərs vəsaitlərindən və Hədəf Nəşrlərindən istifadə” mövzularında çıxış ediblər.

Daha sonra Hədəf Kurslarının Baş direktoru f.ü.f.d., dos., Şəmil Sadiq “Mənim Hədəf hekayəm – Kursdan Liseyə gedən yol” mövzuları üzrə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Sonra Hədəf Kurslarının rəhbər heyəti seminar iştirakçılarına təqdim edilib.

Sonda seminarda iştirak edən müəllimlərə sertifikat verilib, birlikdə xatirə fotosu çəkilib.