Hədəf Kurslarında pedaqoji seminar keçirildi

 

28-29 avqust tarixlərində “2018-2019-cu tədris ilində Hədəf Kurslarında fəaliyyətə başlayacaq müəllim və təcrübəçilər üçün” təşkil olunan iki növbəli pedaqoji seminar prqoramı öz işinə yekun vurdu. İki gün davam edən təlim aşağıdakı proqram üzrə həyata keçirildi:

 

  1. “Hədəf Kursları haqqında qısa təqdimat. Yaranma tarixi, uğur göstəriciləri, bu günü”

Emin Sadiqov. Hədəf  Kursları MMC-nin İcraçı direktoru

 

  1. “Hədəf Kurslarında tədris”

Elxan Nəcəfov. Hədəf Kursları MMC, Təhsil və Tədris işləri üzrə  direktor

 

  1. “Tədris müəssisələrimizdə nizam-intizam qaydaları və iş strukturu”

Nərmin İsayeva. İnsan Resursları şöbəsi

 

  1. “Örnək müəllim necə olmalıdır?”

Famil İsayev. Hədəf  Kursları MMC Neftçilər filialının müdiri

 

  1. “Sinifin təşkili. Pedaqoji bacarıqlar”

Məhəmməd Xankişiyev. Hədəf Kursları MMC Azadlıq filialının müdiri

 

  1. “Kurs dinləyicilərinə psixoloji yanaşma. İstedadlı abituriyentin üzə çıxarılması və onunla işləmə metodları”

Zarina Əliyeva.  Hədəf STEM Liseyi psixoloqu

 

  1. Layihələrimiz və Sosial həyatımız”

t.ü.f.d. Elvin Əliyev. Hədəf Kursları MMC Layihələr və Xarici Əlaqələr üzrə direktoru

 

  1. “Mənim HƏDƏF hekəyəm”, “Kursdan Liseyə gedən yolda”

f.ü.f.d, dos. Şəmil Sadiq. Hədəf Kursları MMC-nin Baş Direktoru

 

Hədəf Stem Liseyində keçirilən təlimdə 150 nəfərdən artıq dinləyici iştirak etdi.

 

 

Teqlər