Hədəf Kurslarında təcrübəçi müəllimlərin iclası keçirildi.

Hədəf Kurslarında təcrübəçi müəllimlərin iclası keçirildi.

İclası giriş sözü ilə Hədəf Kurslarının Layihələr və Sosial işlər üzrə direktoru Elvin Əliyev açıb. O, təcrübəçi müəllim layihəsi haqqında ümumi məlumat verib: “Bildiniz kimi bir çox hallarda universiteti bitirən müəllimlər iş tapmaqda çətinlik çəkirlər. Adətən onlardan təcrübə tələb olunur. Buna görə də Hədəf Kursları rəhbərliyi müəllimlərə özlərini inkişaf etdirmək, həmçinin təcrübə toplamaqları üçün belə bir layihəyə imza atdı. Artıq neçə ildir ki, davam edən bu layihədə uğur qazanan müəllimlər Hədəf Kurslarında və digər müəssisələrdə çalışmağa başlayıblar”.

Daha sonra çıxış edən Hədəf Kurslarının icraçı direktoru Emin Sadiqov təcrübəçi müəllimlərə Hədəf Kurslarının nizam-intizam qaydaları, iş prinsipi barəsində ümumi məlumat verib.

Sonda Hədəf Kurslarının Elm və Tədris işləri üzrə  direktoru Elxan Nəcəfov təcrübəçiikdən müəllimliyə gedən yolun əhəmiyyətindən danışıb. Təcrübəçinin filialdaxili failəyyəti, özünüinkişaf metodları, şagirdlərlə iş və s. barədə məlumat verib. Təcrübəçilərin aylıq sınaq imtahanlaına cəlb olunmasının müsbət tərəflərini izah edib