Hədəf Kurslarında Təqaüd-Güzəşt imtahanı keçirildi

2 may tarixində  Hədəf Kurslarında Təqaüd-Güzəşt imtahanı keçirildi.

Sınaq İmtahanı Mərkəzi tərəfindən verilən məlumata görə imtahanda ümumilikdə 1866 nəfər şagird iştirak edib. Bunlardan 1627 nəfər azərbaycan, 239 nəfər isə rus bölməsi üzrə təhsil alan şagirdlərdir.

İmtahan pandemiya ilə əlaqədar olaraq sanitar-gigiyenik qaydalar çərçivəsində təşkil edilib və şagirdlərin bədən temperaturu yoxlanıldıqdan sonra şəxsiyyəti təsdiq edən sənədi təqdim edərək imtahan binasına buraxılıb.

İmtahan I, II, III, IV qrup üzrə ( 5 fənn olmaqla ) ənənəvi qəbul qaydaları əsasında keçirilib. Sual kitabçasında 125 sual təqdim olunub. Hər fənn üzrə 21 qapalı, 4  açıq sualdan istifadə olunub. İmtahan müddəti 3 saat davam edib.
İmtahan nəticələrinin yaxın  günlərdə  açıqlanması nəzərdə tutulmuşdur.  Nəticələr elan edildikdən sonra cavab kartını filialdan əldə edə bilərsiniz.

Qeyd edək ki, imtahanda yüksək nəticə göstərmiş şagirdlər  kurs tərəfindən təqaüd qazana və güzəştlərdən yararlana bilərlər.