Hədəf Kurslarında yeni işə başlayan müəllimlər üçün seminar-təlim keçirilmişdir

31 avqust 2021-ci il tarixində Hədəf STEAM Liseyi Nəsimi filialının akt zalında 2021-2022-ci tədris ilində Hədəf Kursları MMC-də fəaliyətə başlayacaq müəllimlərin iştirakı ilə pedaqoji iclas keçirilmişdir. Hər tədris ilinin əvvəlində ənənəvi olaraq keçirilən müəllimlərin “Avqust təlimləri” pandemiya səbəbi ilə bu il 1 gün müddətində, məhdud iştirakçı sayı olmaqla təşkil olundu. Tədbiri giriş sözü ilə açan Hədəf Kursları MMC-nin baş direktorunun müavini t.ü.f.d.  Elvin Əliyev seminar iştirakçılarını salamlamış, onları Hədəf ailəsinin bir parçası olmaları münasibətilə təbrik etmiş, gələcək fəaliyyətlərində uğurlar diləmişdir.  Daha sonra sözü Hədəf Kursları və Hədəf Liseyinin qurucusu f.ü.f.d., dosent Şəmil Sadiqə vermişdir. Şəmil Sadiq “Tədrisə yeni yanaşma, yeni təlim metodları” adlı məruzə ilə gənc müəllimlərə seminar-təlim təqdim etmişdir. Təlim qarşılıqlı müzakirələrlə yekunlaşmışdır.