Hədəf Kurslarında yüksək bal toplamış şagirdlər ilə görüş keçirilib

Hədəf Kurslarında yüksək bal toplamış şagirdlər ilə görüş keçirilib. Görüşdə Hədəf kurslarının idarə heyəti, filial müdirləri, yüksək bal toplayan şagirdlərin müəllimləri və şagirdlər iştirak edib.

IV ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi ali məktəblərə qəbul imtahanında maksimum nəticə göstərmiş Rəna Əliyeva təhsil aldığı “Hədəf” Şirkətlər Qrupu tərəfindən 1000 manatla mükafatlandırılıb.

Dünən ad gününü qeyd etmiş Rəna Əliyevaya mükafatı qurumun təsisçisi Şamil Sadiq təqdim edib.

“Hədəf” hazırlıq kursları tərəfindən daxili imtahanlarda ən yüksək bal toplayan şagirdləri ayın bilgəsi elan olunurlar. Bu dəfə 700 bal toplamış Rəna Əliyeva “Hədəf” hazırlıq kursları tərəfindən “İlin bilgəsi” mükafatı və təltifnaməyə də layiq görülüb.

Rəna Əliyevaya mükafatı qurumun təsisçisi Şamil Sadiq təqdim edib. 700 bal toplamış Rəna Əliyeva eyni zamanda “Hədəf” hazırlıq kursları tərəfindən “İlin bilgəsi” mükafatı və təltifnaməyə də layiq görülüb. Şəmil Sadiq bildirib ki, 700 bal toplayan 17 yaşlı Rəna Əliyevanın bu gün həm də doğum günüdür. Şəmil Sadiq Rəna Əliyevanı və digər məzunları cümhuriyyətimizin 100 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Rəna Əliyeva 700 bal toplamasında müəllimlərinin əməyinin böyük olduğunu bildirib və Azərbaycan xalqını Respublika Günü və Cümhuriyyətimizin 100 illliyi münasibəti ilə təbrik edib.

Tədbirdə Hədəf hazırlıq kurslarının 600-dən yuxarı bal toplayan məzunları təltifnamə ilə mükafatlandırılıb və xatirə şəkilləri çəkilib. Sonra yüksək bal toplamış abituriyentlər Dədə Qorqud çadırına dəvət edilib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.