“Hədəf” kurslarının Əcəmi filialında Xocalı faciəsi anıldı


“Hədəf” kurslarının Əcəmi filialında Xocalı faciəsi anılıb.
Bu gün bütün respublika məktəblərində olduğu kimi “Hədəf” hazırlıq kurslarının Əcəmi filialında da da Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə çıxış edən Əcəmi filialının müdiri Zaur Mustafayev şagirdlərə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə  erməni birləşmiş qüvvəlləri tərəfindən Xocalıda günahsız dinc əhaliyə qarşı törədilmiş soyqırım haqqında şagirdlərə geniş məlumat verib.

Daha sonra çıxış edən kursun təlim-tərbiyə işləri üzrə direktor müavini Ceyhun Əliyev şagirdlərə Xocalı soqırımı haqqında məlumat verərək bildirib ki, həmin gecə xalqımıza qarşı həyata keçirilən soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Sonda Xocalıya aid film nümayiş olunub.